Mojo.az Banner
22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

"Gənclik" metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

15.11.2023 21:36 2 988
Sabah Azərbaycan milli futbol komandasının AVRO-2024-ün seçmə qrup mərhələsi çərçivəsində İsveç yığması ilə keçirəcəyi oyunla əlaqədar Bakının “Gənclik” metrostansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.

Qeyd edilib ki, azarkeşlərin Tofiq Bəhramov adına Respublika stadionuna gediş-gəlişini asanlaşdırmaq, o cümlədən səmti rahat müəyyənləşdirə bilmələri üçün oyunun başlanma saatları ərəfəsində stansiyada növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.

Qatarların hərəkəti iş günü ərzində adi iş rejiminə uyğun tənzimlənəcək. Bununla belə, gün ərzində nəzarət mexanizmləri tətbiq olunacaq, xüsusən metro istifadəçilərinin oyun başa çatdıqdan sonra təhlükəsiz və rahat daşınması üçün ehtiyat qatarlar hazır vəziyyətdə saxlanmaqla, zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

“Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri diqqətdə saxlanılacaq.скачать dle 11.3
Mojo.az Banner