Mojo.az Banner
SON DƏQİQƏ
14:42 Biləsuvarda dəhşətli qəza: İki ölü, üç yaralı var  |     14:31 Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb  |     14:14 Gənc oğlan binadan yıxılıb öldü  |     14:02 Azərbaycanda 4 gün ardıcıl iş olmayacaq  |     14:01 İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı  |     13:36 Azərbaycan nefti ucuzlaşdı: Son qiymət  |     13:33 Bakıda turistə təbii kürü adı ilə süni məhsul satılıb? - Video  |     12:57 Bakıda bir yolda hərəkət tam məhdudlaşdırıldı  |     22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |    
Mojo.az Avto
Mojo.az Avto

Payız aylarında hansı vitaminlər qəbul edilməlidir?

13.11.2023 23:06 1 887
Payız aylarında hansı vitaminlər qəbul edilməlidir?
"Payız aylarında ən önəmlisi həkim məsləhəti ilə orqanizmlərin virusa qarşı immunitetini formalaşdıran, zamanda mərkəzi sinir sistemini də dəstəkləyən vitamin D qəbulu məsləhət görülür".
 
Bu sözləri Səhiyyə Nazirliyi Ailə Planlanması Məsləhətxanasının həkimi Nüşabə Qasımova deyib. O bildirib ki, bundan başqa, soyuq aylarda immunitetitimizin güclənməsində mühüm rol oynayan C vitamini, immun hüceyrələrimizi yad cisimlərdən qorumaq gücünə malikdir.
 
"B qrup vitaminləri isə maddələr mübadiləsində aktiv iştirak etmək gücündə olmaqla yanaşı, ürək-damar sistemini və qan dövranını yaxşılaşdırır" - o söyləyib.
 
N.Qasımova əlavə edib ki, payız aylarında əhval-ruhiyyənin yüksəldilməsi və ümumi olaraq orqanizmin yaxşı işləməsi üçün 2 mikroelement vacibdir:
 
"Bunlardan biri sink, digəri isə maqneziumdur.

Payız aylarında sink mikroelementinin çatışmazlığı nəticəsində immun sistemi hüceyrələri öz fəalliyətini dayandıra bilər. Belə halda bədənimizinin viruslara qarşı müqaviməti nəzərəçarpacaq dərəcədə azalır.

Maqnezium isə vitaminlərin ko-faktoru, yəni köməkçi rolunda çıxış edir. Xüsusilə, vitamin D-nin sorulmasında, neyromediatorların (neyronlararası bioloji fəal maddələr) mübadiləsində yaxından iştirak edir. Bu mikroelement çatızmazlığı zamanı insanda yorğunluq, zəiflik, yuxu pozğunluğu müşahidə edilir".скачать dle 11.3

Son xəbərlər