Mojo.az Banner
21:05 İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi  |     20:59 Bakıda yaşlı qadın ərini baltalayıb  |     14:25 Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyətə başladı – Nicat Dadaşovla MÜSAHİBƏ  |     23:03 Meteohəssas insanların nəzərinə!  |     22:56 Bakıda qadın evində ölü tapıldı  |     22:51 Sanksiyalar və müharibə İranı çökdürür - Qiymətlər KƏSKİN BAHALAŞDI  |     22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |     22:14 Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |    
Left Banner
Right Banner

Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq?

31.10.2020 22:25 2 727
Payızda kəskinləşən xroniki xəstəliklərdən özümüzü necə qoruyaq?
Bir çox xəstəliklərin kəskinləşməsi məhz payız aylarında baş verir. Mütəxəssislərin ehtimalına görə, bunun səbəbi insan orqanizmində bioritmlərin kəskin dəyişilməsi ola bilər.

Median.Az
e-tibb.az-a istinadən bildirir ki, bunu həkim-terapevt, Mərkəzi Gömrük Hospitalının əməkdaşı Nazilə Xəlilbəyova deyib:

"Belə ki, payız aylarında günəşli günlərin sayı azalır, gecələr uzanır, günün qısalması səbəbindən insanlar daha tez yatmağa gedir və s. Ümumiyyətlə, payız aylarında insanlar depressiyalara, nevrozlara çox meyilli olurlar. Təbiət və iqlim dəyişmələrinin hər biri orqanizmi stress vəziyyətinə salır. Eyni zamanda, dəyişkən küləkli, yağışlı hava, daim dəyişilən meteoşərait insanlarda stressin inkişafına təkan verir. Stress isə öz növbəsində, immun sistemini zəiflədir. Nəticədə insanda olan xroniki xəstəliklər kəskinləşməyə başılayır. Bu xroniki xəstəliklərə ürək-damar sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, həzm sistemi xəstəlikləri, artrit və artroz, bəzi ginekoloji və uroloji xəstəliklər, psixi pozulmalar aiddir".

Mütəxəssis vurğulayıb ki, ürək-damar xəstələri daim arterial təzyiqlərinə diqqət yetirməli, düzgün qidalanmalı, fiziki gərginlikdən, stressdən uzaq olmalıdırlar. Havanın temperaturunun kəskin aşağı düşməsi, yağışlı, rütubətli hava virus və soyuqdəymə tənəffüs sistemi xəstəliklərinin inkişafına təsir edir. Bu xəstəliklər zamanı isə ilk növbədə bronxlar zədələnir:

"Xəstəliyin ilk simptomlarında həkimə müraciət edin. Müalicədən əlavə insan çoxlu ilıq maye içməlidir ki, bu bronxlardan bəlğəmin çıxmasını asanlaşdırır. İlıq süd, yarıbayarı borjomla qarışdırılmış süd, biyan kökü və gülxətmi kimi otların dəmləmələri, soğan şirəsi çox yaxşı təbii bəlğəmgətirici vasitələrdir.

Payız aylarında həzm sistemi xəstəlikləri (xroniki qastrit, xora xəstəliyi) olan insanları adətən qarının yuxarı hissəsində ağrılar, köp, qıcqırma, ürəkbulanması, qusma kimi simptomlar narahat etməyə başlayır. Mütləq qastroenteroloqa müraciət etmək və lazım olan müalicə almaq lazımdır. Müalicədən əlavə pəhriz də çox önəmlidir".

Həkim qeyd edib ki, qızardılmış, yağlı, duzlu, kəskin qıdalar, turşular, təzə çörək, hisə verilmiş məhsullar, qəhvə, qazlı sular və s. rasiondan çıxarılmalıdır. Az-az və tez-tez qidalanmaq lazımdır ki, mədə birdəfəyə yüklənməsin. Artrit və artrozdan əziyyət çəkən xəstələrdə oynaqda ağrılar, oynağın şişməsi, oynaqda hərəkətliliyin azalması kimi simptomlar meydana çıxır.

Onun sözlərinə görə, profilaktika məqsədi ilə daha isti geyinmək, düzgün qidalanmaq, C vitamini qəbul etmək lazımdır, belə ki, bu vitamin qığırdaq toxumasının bərpasına kömək edir: "Unutmayın ki, bütün sadalanan xəstəliklərdə açıq havada gəzmək, daha çox adi təmiz su içmək, idmanla məşğul olmaq, soyuqdan qorunmaq və düzgün qidalanmaq vacib amillərdir".скачать dle 11.3
Mojo.az Banner