Mojo.az Banner
22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Milyonlarla manat yeyinti edən Cahangir Hacıyev məhkəməyə gətirildi

13.11.2023 14:44 1 407
Milyonlarla manat yeyinti edən Cahangir Hacıyev məhkəməyə gətirildi
Beynəlxalq Bankın həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev məhkəməyə gətirilib.

“Qafqazinfo”nun məlumatına görə, səkkiz ildir həbsdə olan C.Hacıyev yaxın dostu, sabiq deputat Dünyamin Xəlilovun yeni cinayət işi üzrə şahid qismində ifadə verəcək.

O, cəzaçəkmə müəssisəsindən təcridxanaya etap olunub, kanvoyun müşayiəti ilə Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib. Proses günün ikinci yarısında başlayacaq.

Qeyd edək ki, sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadova yeni cinayət işi açılıb.

İttihama görə, hazırda həbsdə olan Dünyamin Xəlilov və Azad Cavadovun 2001-2015-ci illər ərzində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbər vəzifəli şəxsləri ilə birgə sabit cinayətkar qrup yaradaraq rəhbərlik etdikləri “General Construction” və “Bakı Fındıq Emalı Müəssisəsi” məhdud məsuliyyətli cəmiyyətlərinin işçilərinə kreditlərin rəsmiləşdirilməsinə dair bankın vəzifəli şəxsinin verdiyi qanunsuz göstərişləri icra edib həmin şəxsləri bankın müxtəlif filiallarına göndərməklə adlarına rəsmiləşdirilmiş ümumilikdə 6 milyon 642 min manatdan artıq məbləğdə pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

D. Xəlilov və A.Cavadova Cinayət Məcəlləsinin 179.3.1 və 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri ilə ittiham elan edilib.

Xatırladaq ki, Dünyamin Xəlilov və Azad Cavadov Cahangir Hacıyevlə birgə məhkum ediliblər. C.Hacıyev 16 il 6 ay, D. Xəlilov 14 il 6 ay, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3
Mojo.az Banner