Mojo.az Banner
16:13 Bu şəxslərə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək  |     14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda heyvandarlıq sahəsi TƏHLÜKƏDƏ - VİDEO

30.10.2023 11:59 897
Azərbaycanda heyvandarlıq sahəsi TƏHLÜKƏDƏ - VİDEO
Azərbaycanda heyvandarlığa maraq azalır. Bununla bağlı mövcud rəqəmlər son 10 ilin ən aşağı həddidir.

Xezerxeber.az-ın məlumatına görə, iri və xırdabuynuzlu heyvanların sayı azalmaqda davam edir.

Dövlət Statistika Komitəsindən bildirilib ki, təkcə ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705 min baş azalıb.

İqtisadçı Xalid Kərimli heyvanların sayının azalmasının səbəblərini açıqlayıb. Bildirib ki, əsas amillərdən biri ölkədə yem və otun ildən-ilə bahalaşmasıdır.

Ekspert əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda olan otlaq sahələri heyvandarlığın inkişafı üçün ümidlər yaradır. Lakin bu, indiki məqamda mövcud statistikaya ciddi təsir etməyəcək. Qarşıdakı illərdə ət və ət məhsullarının qiymətindəki artım tempi davam edəcək.

Ekspertin fikrincə, heyvandarlığın inkişafı üçün ilk növbədə otlaq sahələr artırılmalıdır. Bundan başqa, heyvandarlıq təsərrüfatları mərhələli şəkildə işğaldan azad edilən ərazilərə köçürülməlidir.

Daha ətraflı videosüjetdə:скачать dle 11.3
Mojo.az Banner