Mojo.az Banner
23:01 "Real" Bernardonu rəsmən təqdim etdi  |     22:56 2026-cı ildə qiyməti ucuzlaşa biləcək 6 lüks SUV  |     22:50 Azərbaycanda yük qatarında tüstülənmə oldu  |     22:41 Wi-Fi şifrəsini unutmusunuz? - Telefonda və kompüterdə belə öyrənə bilərsiniz  |     22:34 Bakıda məsciddə namaz qılıb yatdı - Telefonu oğurlandı  |     22:29 Bakıda 45 min manatlıq dələduzluq  |     22:21 "Ucuz Store"da saxta aksizli içkilər aşkarlandı - İki nəfər cərimələndi  |     22:11 Həkim səhvi ilə bağlı mübahisələdə məhkəmələr nəyə diqqət yetirirlər? - Ali Məhkəmə açıqladı  |     22:02 Sevgilisinin qızıllarını oğurladı, borclarını ödədi (TƏFƏRRÜAT)  |     21:57 Gəncədə 26 yaşlı gəncin meyiti tapıldı  |     21:49 Bəzi ərazilərdə qaz olmayacaq  |     21:44 Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanıldı  |     21:36 Görüntüdəki şəxslər əsgərin nənə-babası deyil, valideynləri imiş – VİDEO  |     21:30 Yeniyetmələr üçün "ChatGPT" istifadəyə verildi  |     21:22 Kiperpolisdən əməliyyat: Onlayn kazino şəbəkəsinin rəhbəri Azərbaycana gətirildi - Video  |     21:17 "Təbrik Palace" restoranının qarşısında KÜTLƏVİ DAVA - VİDEO  |     21:14 Portuqaliyada üzün örtülməsi QADAĞAN EDİLDİ: Üç min avroyadək cərimə  |     21:01 Ermənistan Azərbaycanla ticarət əlaqələri qurmağı planlaşdırır  |     20:53 Həftəsonunadək gözlənilən hava şəraiti açıqlandı  |     20:48 Qızıl mədəni çökdü - 100-dən çox ölən var  |    
Left Banner
Right Banner

Restoranlara neçə kiloqramlıq heyvan sərf edir? - Qəssablar qiymətdən DANIŞDILAR (VİDEO)

12.02.2025 12:39 1 068
Restoranlara neçə kiloqramlıq heyvan sərf edir? - Qəssablar qiymətdən DANIŞDILAR (VİDEO)
Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalının azalmasına səbəb olur.

Həmçinin fermerlərin daha çox gəlir əldə etməsinin qarşısını alır.

Median.Az Baku TV-yə istinadən məlumat verir ki, ölkə üzrə qoyun və keçilərin orta kəsim çəkisi 2023-cü ildə 14 kiloqram olub ki, bu da 2020-2022-ci illərlə müqayisədə heyvan başına 2 kiloqramdan aşağıdır. Orta kəsim çəkisinin 2 kiloqram az olması illik qoyun əti istehsalında təxminən 8 min ton itki deməkdir.

"Restoranlar əsasən quzu əti istəyirlər, onlara böyük heyvan sərf etmir. Əvvəl 7-8 kiloluq quzulara tələbat çox idi. O çəkidə heyvanı tapmaq da, almaq da çətin olur, çox bahadır. 7-8 kiloluq quzu 26-27 manata başa gəlir, biz onu müştəriyə neçəyə sataq?!", - qəssablar söyləyiblər.

İqtisadçı Xalid Kərimli isə hesab edir ki, sözügedən amil heyvandarlığın inkişafına mane olursa, Nazirlik bununla bağlı qanunvericilik təşəbbüsü irəli sürə bilər. Qanunvericilik orqanı zəruri hesab etdiyi halda heyvanların erkən dövrdə kəsilməsinin məhdudlaşdırılması mümkündür:

"Xırdabuynuzlu və ya iribuynuzlu heyvandarlıq sahəsində marağın aşağı düşməsinin əsas səbəblərindən biri urbanizasiya ilə bağlıdır. Azərbaycanda ciddi şəkildə əhalinin iri şəhərlərə köçü baş verir. Heyvandarlıqla məşğul olmaq əvvəlki dövrlərlə müqayisədə aktuallığını itirir. İkinci məsələ isə sözügedən sahədə həm dərmanların, həm də yem xərclərinin artmasıdır".

İqtisadçı deyir ki, heyvandarlığın inkişafı üçün bu sahə daha gəlirli olmalıdır. Buna isə xərclərin artması fonunda qiymətlərin yüksəlməsi ilə nail olmaq mümkündür.

Ətraflı süjetdə:скачать dle 11.3
Mojo.az Banner