Mojo.az Banner
15:00 Ermənistanda saxlanılan Azərbaycan əsgəri ilə bağlı ikinci cinayət işi açıldı  |     14:56 “Müəllim belə addım atmamalıdır” – Deputatdan AÇIQLAMA  |     14:48 Azərbaycanda dövlət sərhəddini pozan 20 nəfər saxlanıldı  |     14:45 Rusiyada Azərbaycandan gətirilən qida məhsulları müsadirə olunaraq məhv edilib  |     14:43 Azərbaycan - Litva oyununun hakimləri açıqlandı  |     14:42 Bakıda qarajdan meyit tapıldı  |     14:41 Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar  |     14:23 Sabirabadda oğul anasını amansızlıqla döydü  |     13:09 Azərbaycan Mərkəzi Bankına yeni baş direktor təyin edilib  |     13:08 30 il sonra azad olmaq istəyir - Əvvəl ölüm cəzası, sonra ömürlük almışdı  |     13:02 Şəmkirdə məktəbdə nöqsanlar aşkarlanıb, direktor işdən çıxarılıb  |     12:35 Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı  |     12:29 Gürcüstanda 13 yaşlı Azərbaycan vətəndaşı əkiz uşaq doğdu: Araşdırma başladı  |     12:26 Cüdo üzrə Azərbaycan millisinə ukraynalı idmançı cəlb olunub  |     12:20 Kiyevdə dron hücumu nəticəsində həlak olan azərbaycanlı dəfn edilib  |     12:11 Ər onunla toya getmək istəməyən arvadını döydü - Tərtərdəki hadisənin təfərrüatı  |     11:55 Tanınmış rəqqas arvadına uşağının yanında zorakılıq etdi - Video  |     11:51 Prezidentin köməkçisi: "Azərbaycan müxtəlif tərəflər arasında səssiz diplomatiya və vasitəçilik təmin edir"  |     11:50 Azərbaycan nefti bahalaşdı  |     11:48 Hikmət Hacıyev: "Prezident Tramp sülh prosesinə öz siyasi nüfuzunu qoydu"  |    
Mojo.az Avto
Mojo.az Avto

Hansı şəxslər restoranda işləyə bilməzlər? - Mütəxəssisdən AÇIQLAMA

27.10.2023 11:38 1 272
Hansı şəxslər restoranda işləyə bilməzlər? - Mütəxəssisdən AÇIQLAMA
Bakıda bir sıra restoranlarda, qida obyektlərində aparılan yoxlamalar nəticəsində temperaturun monitorinqi və qeydiyyatının, eləcə də müvafiq təmizlik işlərinin düzgün aparılmadığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi məlum olub.

Maraqlıdır, görəsən, hansı xəstəlikləri olanlar restoranlarda işləyə bilməzlər?

Məsələ ilə bağlı qida üzrə baş mütəxəssis Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, ictimai iaşə müəssisələrində işə qəbul olunarkən həmin şəxsin mütləq şəkildə sağlamlıq haqqında arayışı olmalıdır.

Mütəxəssisin sözlərinə görə, bəzən sağlamlıq haqqında şəhadətnaməsi olan insanda da hər hansı bir virus və ya digər xəstəliklər aşkarlanır:

“Bunun əsas səbəbi bəzi hallarda vətəndaşın heç bir yoxlanışdan keçmədən, qeyri-şəffaf şəkildə sağlamlıq haqqında şəhadətnamə almasıdır. Ona görə də restoran və ya hotellərə işə qəbul zamanı həmin şəxs bütün analizləri verib, həkim tərəfindən müayinə olunmalıdır. İctimai iaşə müəssisələrində əsas problemlərdən biri də soyuducudur. Soyuducuların düzgün temperaturda olmaması ət məhsullarının mikrobioloji çirklənməyə məruz qalmasına səbəb olur. Bunun üçün müxtəlif restoranlarda monitorinqlərin aparılması zəruridir”.

Ağa Salamov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, təmizlik işləri də mühüm məsələlərdən biridir:

“Təmizlik işləri keçirilən təlimlərdən asılıdır. Hazırda heç bir ictimai iaşə müəssisəsində təmizliklə bağlı təlimlər keçirilmir və buna maraqlı olan sahibkarlar da yoxdur. Restoranlarda çalışan təmizlik işçilərinin nə gigiyenadan, nə təmizlikdən xəbərləri var. Ona görə də restoranlarda antisanitar vəziyyət baş alıb gedir, qida zəhərlənmələri baş verir”.скачать dle 11.3
Mojo.az Banner