Mojo.az Banner
19:12 Şəmkirdə bazarda ciddi nöqsanlar aşkarlanıb – fəaliyyəti nəzarətə götürüldü  |     19:10 Kişilərin saçı yaş artdıqca niyə tökülür? – Əsas səbəb nədir?  |     19:04 Tanınmış türkiyəli müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü  |     18:54 Milli Məclisdən Avropa Parlamentinə etiraz: Daxili işlərimizə qarışmayın  |     18:43 Mərakeşli və iki əfqan Azərbaycan-Gürcüstan sərhədində saxlanıldılar  |     18:07 Müdafiə Nazirliyində mənimsənilmiş dövlət vəsaitinin 12 milyon manatını general qaytarıbmış  |     18:05 Azərbaycandan Gürcüstana kiloqramlarla qiymətli metal keçirmək istədi - Foto  |     17:30 Cəbrayılda mina partlayışı: Xəsarət alan var  |     17:26 PKK Türkiyədən tamamilə çıxdı  |     16:13 Azərbaycan və Ermənistan TRIPP üzrə elektrik xətləri ilə bağlı məsələləri müzakirə edib  |     16:05 Şahin Bağırov idarə rəisini təqaüdə göndərdi  |     15:51 Səbuhi Əliyevə vəzifə verildi  |     15:35 Sumqayıtda 9-cu sinif şagirdi bıçaqlandı, məktəbli saxlanıldı (Yenilənib)  |     15:33 Binə qəsəbəsində qətl törətməkdə təqsirləndirilən şəxsə məhkəmə ağır cəza verdi  |     15:32 Paşinyan: "Türkmənistanda İlham Əliyevlə təmaslar ola bilər"  |     15:26 Paşinyan Zəngəzurda saxlanılan əsgərimiz barədə: "Biz onu həmin gün qaytara bilərdik"  |     15:21 İranda ekoloji böhran Azərbaycana çata bilərmi?  |     14:52 Noyabrda Azərbaycanda 11 gün qeyri-iş günü olacaq  |     14:50 Berdiməhəmmədov: "Mərkəzi Asiya və Azərbaycan formatı iqtisadi və texnoloji inkişaf üçün ilkin şərtlər yaradır"  |     13:41 Berdiməhəmmədov: "Türkmənistan Azərbaycanda görüşün hazırlanmasına köməklik göstərəcək"  |    
Mojo.az Avto
Mojo.az Avto

Azad edilmiş ərazilərdə səkkiz ayda baş verən yanğın hadisələrinin sayı açıqlanıb

23.10.2023 17:25 1 515
Azad edilmiş ərazilərdə səkkiz ayda baş verən yanğın hadisələrinin sayı açıqlanıb
“2023-cü ilin yanvar-avqust ayları ərzində işğaldan azad edilmiş ərazilərdə 86 yanğın hadisəsi baş verib”.

APA-nın Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Azərkosmos” Kommersiya qrupunun rəhbəri Elman Ələsgərov deyib.

O bildirib ki, yanğınlar 8 597 hektar ərazini əhatə edib:

”Yanğınların ümumi sahəsinin 141 hektarı meşə sahəsində, 7 332-i otlaq, 832-i əkin, 292-i kolluq sahədə qeydə alınıb. Bu yanğınlardan 16-sı Kəlbəcərdə, 47-si Füzulidə, 2-si Xocavənddə, 6-sı Xocalıda, 3-ü Cəbrayılda, biri Laçında, 4-ü Zəngilanda, 4-ü Qubadlıda, 3-ü Tərtərdə qeydə alınıb”.скачать dle 11.3
Mojo.az Banner