Mojo.az Banner
23:02 Bakı və Gəncədə avtobus marşrutları Google Maps-də görünəcək  |     22:57 Gəncədə məktəb direktoru ardıcıl töhmətlərdən sonra işdən çıxarıldı  |     22:50 İrandan Azərbaycana təxliyə: Daha 42 xarici vətəndaş sərhədi keçdi  |     22:45 "Neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun" - İran  |     22:36 Türk Hava Yolları İrəvana uçuşlara başladı  |     22:30 Bu rayonlarda qanunsuz kömür quyuları aşkarlandı  |     22:22 Ramazanın 22-ci gününün duası - İmsak və iftar vaxtı  |     22:17 Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Azərbaycana gəldi  |     22:09 Dardanel boğazı müvəqqəti bağlandı  |     22:05 Könül Həmzəyeva saxlanıldı  |     21:55 İnzibati cərimələr bu halda 20 gün ərzində geri qaytarılacaq  |     21:47 Tiktoker “Şiva” həbs edildi  |     21:36 Polis həmin “həkim”i saxladı  |     21:32 İctimai Televiziya Azərbaycanın "Avroviziya"dakı təmsilçisi və mahnı seçimi ilə bağlı müzakirələrə münasibət bildirib  |     21:29 Daha bir ölkə İrandakı səfirliyini bağladı  |     21:23 Azər Qasımlı 12 il azadlıqdan məhrum edildi  |     21:18 Naxçıvanda dəmir yolu xətti yenidən qurulur - Video  |     21:12 Pensiyalar tam ödənildi  |     21:07 "Neftçi" 23 min manat cərimələndi  |     20:59 Azərbaycanda 198 uşaq vərəmə yoluxub  |    
Left Banner
Right Banner

Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevi təbrik edib

17.10.2023 12:55 966
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevi təbrik edib
Qərbi Azərbaycan İcması Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Möhtərəm Prezident,

Zati-alinizin rəhbərliyi altında tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan ötən 20 il ərzində böyük inkişaf və tərəqqi yolu keçib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” sözləri öz həqiqi təsdiqini tapıb. Sizin müdrik uzaqgörənliklə yaratdığınız bugünkü müasir Azərbaycan on illər ərzində həllini gözləyən problemləri geridə qoyaraq öz suverenliyinə və ərazi bütövlüyünə qovuşub, dünya birliyində öz layiqli yerinə ucalıb.

Ölkəmizdə bütün sahələrdə əldə olunan tarixi uğurların hər biri Sizin gərgin zəhmətinin və titanik əməyinizin bəhrəsi olub. Regionların sosial-iqtisadi inkişafından başlayan yol Azərbaycanın təkcə bölgələrinin tərəqqisinə deyil, hər bir azərbaycanlının rifahının yaxşılaşmasına, onun mənəvi baxımdan yenilənməsinə, zənginləşməsinə və nəhayət qalib dövlətin vətəndaşına çevrilməsinə gətirib çıxarıb.

Son illərə qədər bir milyondan artıq qaçqın və məcburi köçkünün vətəni olan Azərbaycan rəhbərliyiniz altında qüdrətli dövlət kimi öz çətinliklərinin öhdəsindən gələ bilib və ərazi bütövlüyünə qovuşmaq, hər bir vətəndaşının hüquqlarını təmin etmək üçün başlanan haqq savaşını Zəfərlə sona çatdırıb. Bunun nəticəsində yüzminlərlə vətəndaşımızın doğma vətənə qovuşmaq arzusu reallaşıb.

Uzun müddət ərzində Qarabağda mövcud olmuş cinayətkar xunta rejimi zamanında verdiyiniz müdrik qərarla həyata keçirilən antiterror tədbirləri nəticəsində məhv edilib və Azərbaycanın ay-ulduzlu bayrağı zati-aliniz tərəfindən Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə ucaldılıb.

Möhtərəm Prezident, Siz ölkənin iqtisadiyyatını, sənayesini, ordusunu, insan potensialını davamlı şəkildə inkişaf etdirərək məqsədyönlü şəkildə bizi bugünkü əzəmətli Azərbaycanın vətəndaşı olmağa hazırlamısınız. Siz ulu öndər Heydər Əliyevin Azərbaycan tarixi və dövləti üçün olduqca böyük əhəmiyyət kəsb edən vəsiyyətini yerinə yetirərək ölkəmiz və insanlarımız üçün yeni yol xəritəsi müəyyənləşdirmisiniz.

Əminik ki, Ermənistan tərəfindən onilliklər boyu soyqırımı, deportasiya və təhdidlərə məruz qalmış, bu gün təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində yaşayan yüzminlərlə azərbaycanlının doğma vətəninə qayıtmaq hüququnun təmin edilməsi üçün başlatdığınız yeni haqq savaşı bizi daha böyük hədəflərə çatdıracaq. Sizin müzəffər Ali Baş Komandan kimi bu məsələdə ortaya qoyduğunuz prinsipial mövqe, xüsusilə 24 dekabr 2022-ci ildə Qərbi Azərbaycan İcmasının inzibati binasında icma üzvləri ilə keçirdiyiniz görüş məsələnin önəmindən xəbər verir.

Siz Qərbi azərbaycanlıların hüquqlarının bərpa olunmasına və onların öz doğma torpaqlarına qayıtmasına möhkəm və birmənalı dəstəyinizi ifadə edərək hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha isbat etmisiniz. İdeyanız əsasında hazırlanan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası bu gün planlı şəkildə həyata keçirilir və bizi öz vətənimizə qayıdacağımız müqəddəs günə yaxınlaşdırır.

Rəhbərliyiniz altında ölkəmizin regionun önəmli güc mərkəzinə çevrilməsi, əldə edilən nailiyyətlərin miqyasının böyüklüyü, dünya birliyində davamlı yüksələn mövqeyimiz bizi daha işıqlı və xoşbəxt gələcək gözlədiyindən xəbər verir. Biz gələcəyə Prezident, qalib sərkərdə və müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında getməkdən böyük qürur və fəxarət duyuruq.

Dərin hörmətlə

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov

Müşahidə Şurasının sədri, AMEA-nın müxbir üzvü Misir Mərdanov

Nəzarət-Təftiş Komissiyasının sədri, professor Vahid Novruzov

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov

Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı

Ziyalılar Şurasının sədri, professor Elxan Hüseynov

Gənclər Birliyinin sədri, Milli Məclisin deputatı Ramin Məmmədov

Qəyyumlar Şurasının sədri Mürvət Həsənli”.скачать dle 11.3
Mojo.az Banner