Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:19 Azərbaycanda ət ucuzlaşa, bəzi məhsullar isə bahalaşa bilər | 18:02 Bu dərmanlar görmə itkisinə səbəb ola bilər | 17:54 Bərdədə 40 yaşlı kişi evində ölü tapıldı | 17:47 Azərbaycanla oyundan əvvəl Lixtenşteyn millisinin kapitanı sıradan çıxdı | 17:36 Etibarnamə ilə maşın aldı, amma sürə bilmədi: Oğurluq iddiası - VİDEO | 17:21 Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli olur | 17:13 2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA | 16:51 Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir | 16:47 Toya qonaq kimi girdi, 4 telefonu götürüb qaçdı - Şadlıq sarayında ŞOK OĞURLUQ | 16:25 Avropa İttifaqı Ukraynada hərbi mövcudluğuna dair qərar verdi | 16:22 Bakıda qaraj tapmaq da bahalaşır: Qiymətlər niyə artır? | 16:19 Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur | 15:02 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq | 14:39 İrəvanda İran təxribatı: Azərbaycanın tarixi məscidinə erməni şairin adı verildi | 14:34 Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı | 14:09 Dekabrda neçə gün iş olmayacaq? | 13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video |
Mojo.az Avto
Mojo.az Avto

Son bir ayda dəyəri beş milyon manat olan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO/VİDEO

16.10.2023 13:29 2 163
Son bir ayda dəyəri beş milyon manat olan narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO/VİDEO
Baş Narkotiklərlə Mübarizə İdarəsi son bir ayda “qara” bazarda dəyəri 5 milyon manat olan 240 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

İdarə əməkdaşları son bir ayda qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə bu maddələrin satışını təşkil edən şəxslərə qarşı Bakı və ölkənin digər bölgələrində silsilə əməliyyatlar zamanı 53 nəfəri saxlayıb.

Əməliyyatlar zamanı qanunsuz dövriyyədən “qara” bazarda dəyəri 5 milyon manat olan ümumilikdə 240 kiloqram, o cümlədən 91 kiloqram heroin, 78 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, 40 kiloqram metamfetamin, 31 kiloqram tiryək, həşiş qatranı, kokain, eləcə də digər növdən olan narkotiklər, 4 560 ədəd psixotrop tərkibli metadon, lirika, preqabalin həbləri, 162 ədəd kultivasiya yolu ilə yetişdirilən, habelə 4 635 ədəd yabanı halda bitən çətənə kolu, bir ədəd odlu silah, çoxlu sayda elektron tərəzilər və narkotiklərin onlayn satışı zamanı istifadə edilən bank kartları çıxarılıb.

Bu sahədə Baş İdarə əməkdaşlarının həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı mütəşəkkil dəstənin üzvləri - Arif Hümbətov, Fərid Baxışov, Mirəli Cəfərli və Mirməhərrəm Əzizli saxlanılıblar. Onlardan ümumilikdə 43 kiloqram narkotik vasitə və psixotrop maddə olan metamfetamin aşkar edilib. Bu şəxslər İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən olublar.

Qeyd edilən dövrdə Baş İdarənin cənub bölgəsində keçirdiyi əməliyyatlar zamanı isə ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən daha 5 nəfər - Elxas Əliyev, Zaur Salayev, Sabir Şəfiyev, Vüqar Süleymanov və Əhməd Ömərov da tutularaq istintaqa təqdim ediliblər. Onlardan isə ümumilikdə 63 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər