Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Metronun “Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək

13.10.2023 20:13 1 635
Metronun “Gənclik” stansiyasında iş rejimi gücləndiriləcək
Azərbaycanın kişilərdən ibarət milli futbol komandasının 2024-cü il UEFA Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar axşam saatlarından başlayaraq Bakı metropoliteninin iş rejimində bəzi dəyişikliklər olacaq.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Bildirilib ki, oktyabrın 16-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq oyun ərəfəsində arenanın yaxınlığında yerləşən “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Həmçinin “28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.

Paytaxtda keçirilən kütləvi tədbirlərlə əlaqədar metropolitenin əməliyyat planına uyğun olaraq, oyun ərəfəsində sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə xüsusi tərtib olunmuş növbətçilik cədvəli əsasında stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq.

Gün ərzində qatarların hərəkəti qrafiki payız-qış iş rejiminin tələblərinə uyğun tənzimlənəcək. Lakin oyunla əlaqədar qrafik nəzərə alınmaqla müvafiq tənzimləmə mexanizmləri diqqətdə saxlanılacaq. Ehtiyac yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq. Həmçinin oyun bitdikdən sonra da sərnişinlərin mənzil başına təhükəsiz və rahat çatdırılması üçün ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Bununla əlaqədar qatarların hərəkət cədvəli daha da intensivləşdirilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.скачать dle 11.3
Mojo.az Banner