Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Boksçumuz dünya çempionatında 1/4 finala vəsiqə qazanıb

02.11.2021 12:47 1 674
Boksçumuz dünya çempionatında 1/4 finala vəsiqə qazanıb
Serbiyanın paytaxtı Belqradda boks üzrə keçirilən dünya çempionatının 1/8 final mərhələsində daha bir boksçumuz uğurla çıxış edib.

Təmsilçimiz Məsud Yusifzadə (-51 kq) monqolustanlı Enxmandaq Xarxuunu mübarizədən kənarlaşdırdıqdan sonra 1/8 finalda puerto rikolu Yankiel Riveraya da qalib gəlib.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saenqfetə qarşı keçirəcək.

Qeyd edək ki, komandamız dünya çempionatına 9 boksçu ilə qatılıb.

Son xəbərlər