Mojo.az Banner
10:47 Bakıda 4 gün əvvəl dənizdə batan oğlanın meyiti TAPILDI  |     23:06 50 gündən sonra Günəş tutulması: Harada və nə vaxt izləmək olacaq?  |     23:00 "Koroğlu" yaxınlığında hərəkət istiqamətləri dəyişdirildi (VİDEO)  |     22:53 Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verdi  |     22:48 Salyanda yol qəzası olub, xəsarət alanlar var  |     22:41 Qurban Qurbanov DÇ-də hansı komandaya azarkeşlik edir? (VİDEO)  |     22:35 Paşinyanı dəstəkləyənlərin Rusiyaya buraxılmamasını təklif etdi (Video)  |     22:27 Kriptovalyuta bazarında kəskin eniş: "Bitcoin" yenidən çökdü  |     22:15 İmtahanda maksimum nəticə: Ölkə birincisinin adı AÇIQLANDI  |     22:08 Kartlardan VƏSAİTLƏRİN SİLİNMƏSİ ilə bağlı Mərkəzi Bankdan açıqlama  |     22:03 Quba sakinlərinin yol problemi: "Xəstə anamı 5 nəfərlə qucağımıza alıb apardıq" - Video  |     21:58 Şuşa şəhərciyində tərk edilmiş şübhəli avtomobilin sahibi müəyyən edildi  |     21:49 TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı  |     21:40 Sabah Aşura günüdür  |     21:34 Bellingem Runinin rekordunu yenilədi  |     21:29 Salyanda qanunsuz fəaliyyət göstərən quş kəsimi məntəqəsi aşkarlandı - Video  |     21:22 Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?  |     21:17 Banklardakı problemin səbəbi nədir? - "Azərikart"dan açıqlama  |     21:11 Qəsdən adam öldürməkdə şübhəli bilinən İqor Lısenkonun məhkəməsi oldu  |     21:02 Azərbaycanda vəzifəli şəxs vəfat etdi  |    
Left Banner
Right Banner

Döyüş yoldaşını xilas edərkən şəhid olan hərbi həkim - VİDEO - FOTO

27.10.2021 23:04 2 286
Döyüş yoldaşını xilas edərkən şəhid olan hərbi həkim - VİDEO - FOTO
Qırx dörd gün davam edən və ölkəmizin tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirdi. Minlərlə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldu.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biri idi. Hərbi tibb qulluqçusu leytenant Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1-ci sinfə gedib. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetində "Hərbi həkim işi" ixtisasına daxil olub.

Müharibəyə yollananda həkim peşəsinə yenicə başlamışdı. 25 yaşlı Adilin çox arzuları vardı. Vətən torpaqlarının azad edilməsi isə onun ən böyük arzularından idi. Adil sadə və vətənpərvər bir oğul kimi böyüyüb. Onun ali məktəbə daxil olmasında və vətənpərvər böyüməsində anası, fizika müəllimi Afət Əhmədovanın xüsusi rolu olub. "Özüm ona 7 il dərs demişəm. Ali məktəbə hazırlaşdırmışam. Yəni, o, həmişə mənə məktəbdə "müəllim" deyə müraciət edirdi. Bir dəfə də məktəbdə "ana" demirdi. Təkcə ona lazım olan fənləri oxumurdu. Digər fənləri, o cümlədən tarixi də yaxşı oxuyurdu. Vətənpərvərliyi də ata-babasından keçib. O, həm hərbi həkimliyi seçmişdi, həkim kimi çox savadlı idi. Həm də hərb sənətini seçmişdi", - deyə anası Afət Əhmədova bildirib.

2018-ci ildə Tibb Universitetini bitirən Adil təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna göndərilib. Burada tibb xidməti rəisi vəzifəsində çalışıb. Vətən müharibəsi başlayanda isə döyüşlərə qoşulur. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim kimi... Atası Qədir Əfəndiyev deyir ki, Adil Vətən müharibəsinə yollanmazdan öncə şəhid olacağını hiss etmişdi: "Müharibəyə getməmişdən qabaq Naxçıvanda dostlarına "gələcəyin şəhidi ilə şəkil çəkdir" deyirmiş. Bunu mənə yoldaşları danışıblar".

Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Xocavənd istiqamətində savaşlara qatılıb. Vətənin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə yoldaşını xilas edərkən şəhid olub. O, Qazax rayonunda dəfn edilib.

"Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib. Onun yaşadığı küçədə və rayon mərkəzi xəstəxanasının önündə xatirəsinə abidə inşa olunub.

скачать dle 11.3
Mojo.az Banner