Mojo.az Banner
23:03 Abşeronda usta yıxılıb öldü  |     22:52 128 ildən sonra ilk dəfə çempion oldu: azarkeşlər meydana axışdılar  |     22:45 Tramp İranı HƏDƏLƏDİ: "Yer üzündən silinəcək"  |     22:33 Azərbaycanda pul bazası 2 milyard manatdan çox artıb  |     22:28 Marketoloqdan açıqlama: "100 qramlıq qiymət sistemi qanuna uyğundur, aldanmamaq lazımdır"  |     22:21 Rusiya 9 May bayramı ilə əlaqədar atəşkəs elan etdi  |     22:11 Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu  |     22:06 "Bitcoin" yanvardan bəri maksimumu yenilədi: Daha da bahalaşacaqmı?  |     21:59 Melikov Dağıstan rəhbəri vəzifəsindən azad edildi  |     21:53 Fitnes məşqçisindən külli miqdarda narkotik götürülüb - Əməliyyatın təfərrüatı  |     21:48 Məscidin yanında 2 yaşlı uşaq tapıldı - Adını bilmir (FOTO)  |     21:40 28 ədəd kərə yağına görə 23 gün həbsdə yatacaq  |     21:35 Bakıda pulu olmayan şəxs restoranda yeyib-içdi, səs-küy salıb qaçdı  |     21:28 Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)  |     21:23 Saxta sənəd hazılamaqda və dərman satmaqda ittiham olunan həkimə hökm oxundu  |     21:16 Bu rayonda bəzi ərazi vahidlərinin adı dəyişdiriləcək  |     21:08 Yay fəsli Azərbaycana bu tarixdə daxil olacaq  |     21:03 Ali Məhkəmə keçmiş federasiya prezidentinin şikayətini rədd etdi  |     20:38 İran bu ölkəyə hücum etdi  |     20:30 Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR  |    
Left Banner
Right Banner

Qurban Qurbanov: "Uğurlu oyunlar bizi yoldan çıxara bilər"

25.10.2021 21:50 2 196
Qurban Qurbanov:
"Gözlədiyimiz gün gəlib çatdı. Seriya qırılmalı idi. Əfsuslar olsun ki, belə oyunla məğlub olduq. Futbolçulara deyiləcək sözüm yoxdur. Şəraiti hamımız gördük. Amma şərtlər hamı üçün eyni idi. Rəqibi qələbə münasibətilə təbrik edirəm. Topu idarə edə bilmiriksə, futbolçulardan yaxşı oyun da gözləyə bilmərəm. Bəzi məğlubiyyətlərin bizə faydası olur. Qarşıdakı matçlara hazırlaşacağıq"

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Səbail"ə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın VIII tur matçından sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis hava şəraiti və qazonun əlverişli olmadığını bildirib: "Çox səbəb axtarmaq olar. Fiziki və psixoloji yorğunluq var. Məni daha çox şan-şöhrətdən sonra uduzmaq narahat edir. Uğurlu oyunlar bizi yoldan çıxara bilər. Komandadan çox danışılırdı. Məni narahat edən bu idi".

Baş məşqçinin sözlərinə görə, bu gün hesab daha böyük ola bilərdi. Elə bir oyun idi ki, kim birinci qol vurdu, o da udmalı idi. Dünyada böyükhesablı nəticələr olur. Bizdə belə hesablar nadir hallarda olur. Müdafiədə daha sağlam oynamağa çalışdıq. Bunlar normal hallardır".

Qurbanov Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Milan Obradoviçin U-21 limiti ilə bağlı fikirlərinə münasibət bildirib: "Limit barədə çox danışılıb. Bir nöqtə olmalıdır. Bu söhbət artıq geridə qalıb. Dərindən düşünüb cavab vermək lazımdır. Futbolumuz üçün faydalı olanı düşünməliyik. Hər dəfə kənardan söz deyib kiməsə cavab vermək ucuz söhbətdir".

Təcrübəli mütəxəssis məğlubiyyətə görə futbolçulara cəza verilməyəcəyini söyləyib: "Hamısına dedim ki, qarıdakı matça hazırlaşmalıyıq. Hansı əziyyətləri çəkdiklərini mən görürəm. Daha yaxşı meydança, daha yaxşı şərtlərdə pis oynasaydıq, onlardan başqa şey tələb edərdim".

Qurbanov əvəzetmə sayının artırılması ilə bağlı Klublar Komitəsinə müraciətinin cavabsız qalmasına da toxunub: "Ən əsası odur ki, Klublar Komitəsi özü öz işindən razıdır. Mən quruma müraciət etmişdim. Amma belə fikirlər oldu ki, biz yalnız "Qarabağ"ı düşünürük. Elə mövzudur ki, çox danışmaq olar. Amma fikir bildirəndə ətrafında daha geniş müzakirələr olur. Sanki biz özümüzü fikirləşmişdik. Başa düşürəm, nizamnamə qəbul olunmuşdu. Amma bəzi ölkələrdə vəziyyətə uyğun dəyişiklik edildi. Əvvəl deyildii ki, baxılacaq. Amma sonra sərt reaksiya gəldi ki, sonadək belə qalacaq. Bundan sonra heç müzakirəyə də çıxarılmadı. Sözümüzün ucuz olmasını istəmirik. Çox söz demək olar. Amma əməl olunmursa, ciddiyə alınmırsa, mənasızdır. Sərt cavab bizim üçün xoş deyil. Ona görə də belə fikirləri boş vermək lazımdır. Klublarda çalışan baş məşqçilər hamısı mənim dostum-qardaşımdır. Çoxu "Qarabağ"dan gedənlərdir. Hər zaman onların yanında olmaq istəmişəm. Belə fikirləşirlərsə, yəqin, daha dərindən düşünüblər. Mən ortaya adi söz atmamışam. Kifayət qədər ciddi məsələdir".скачать dle 11.3
Mojo.az Banner