Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Qurbanov məğlubiyyəti belə şərh etdi: "Biz də insanıq..."

02.04.2025 21:51 1 128
Qurbanov məğlubiyyəti belə şərh etdi:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Qalib gəlməkdən ötrü çox vuruşdular, hər şeyi etdilər. İstəkləri həddindən artıq çox idi. Düzdür, hələ cavab oyunu var. Amma istənilən halda üzərimizə düşən vəzifə odur ki, qalibiyyətə görə rəqibi təbrik edək".

Median.Az Teleqraf-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Araz-Naxçıvan"a 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis görüşün elə də keyfiyyətli alınmadığını bildirib: "Çox danışılası bir şey yoxdur. Düzü, çox da keyfiyyətli oyun olmadı. Kubok qarşılaşmaları çempionat oyunlarından həmişə fərqlənib, seçilib. Cavab görüşünə hazırlıq üçün hələ xeyli vaxtımız olacaq".

Qurbanov oyun zamanı penaltiyə aqressiv reaksiyasının uduzmağı bacarmamasından irəli gəldiyinə dair fikirlərlə razılaşmayıb: "Niyə ki?! Dəfələrlə məğlub olmuşam və özümü çox normal aparmışam. Bu oyundakı aqressiyaya gəldikdə, biz də insanıq. Bəzən aqressiya da olur. Ömür boyu sakit dura bilmərik. O epizod normal idi. Yeri gəlsə, sizin üçün də maraqlı oldu.
Sadəcə, elə epizodlar olur ki... Ola bilsin, həmin epizod penalti idi, bir söz demirəm, ola bilər nədəsə yanılım. Amma bizə hər şeyi ümumi anlatanda deyirlər ki, penalti kosmosdan görünməlidir. Mən də istərdim ki, oyun daha dinamik, daha sürətli getsin, daha mübarizlik olsun. Amma hakim gah oyunu saxlayır, gah da... Pauza həddindən artıq çox oldu, baş hakim Elçin Məsiyev də ola bilsin, oyun ritmini itirdi".

"Qarabağ"ın baş məşqçisi yerli komandalara uduzmağı qəbul etməməsinin də əleyhinə çıxıb: "Əksinə, çox istəyirəm ki, hər bir komanda "Qarabağ"a qalib gəlsin və o klubun rəhbərliyində futbola sevgi daha çox olsun, marağı daha da artsın".
Qeyd edək ki, cavab görüşü aprelin 23-də keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner