Masazırda beş yaşlı uşaq hovuzda boğuldu
Hadisə rayonun Masazır qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2016-cı il təvəllüdlü Seyid Həmidli evin həyətindəki hovuza düşərək boğulub.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
