Mojo.az Banner
Left Banner
Right Banner

Kolumbiyada yeni “Eskobar” saxlanılıb

24.10.2021 16:37 957
Kolumbiyada yeni “Eskobar” saxlanılıb
Kolumbiyada 500 nəfərdən çox təhlükəsizlik əməkdaşının iştirakı ilə ölkənin ən böyük narkokartelinə qarşı əməliyyat keçirilib.

“Körfəz klanı” kartelinin rəhbəri, Otoniel ləqəbli Dayro Antonio Usuqu saxlanılıb.

Ölkə prezidenti İvan Duke narkobaronun ələ keçməsini Eskobarın həbsi ilə müqayisə edib.

Qeyd edək ki, Otonielin haqqında məlumata görə yerli hökumət tərəfindən 800 min, ABŞ tərəfindən isə beş milyon dollaradək mükafat vəd olunmuşdu.скачать dle 11.3
Mojo.az Banner