Mojo.az Banner
18:12 Qobustanda həlak olan işçi ilə bağlı dəhşətli TƏFƏRRÜAT: "Müdiri deyib ki, gəlməsən, səni işdən çıxaracağam" - Video  |     18:03 İran yeni nüvə bloklarının tikintisinə başlayır  |     17:59 Binədə doqquz mənzili talayan şəxs ələ keçdi - Video  |     17:50 Şagird yerdəyişməsi müvəqqəti dayandırılır  |     17:29 Bakının mərkəzində iki park BİRLƏŞDİRİLİR - FOTO  |     17:27 MEDİA: Media subyektlərini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən rəsmi mənbələrə istinad etməyə çağırırıq  |     17:23 Təhlükəli məhsul ölkəyə necə daxil olur? — AİİB açıqladı  |     17:14 Böyük qarşıdurmanın astanası? Türkiyə–İsrail xəttində gərginlik  |     17:08 Uşaqların qəzəbi niyə bu qədər təhlükəli hal alır?  |     16:23 Xətai rayonunda məktəbin yolu zəbt olunur: Araşdırma başlanıldı (Video)  |     16:20 İqtisadçıdan xəbərdarlıq: İdxal azalarsa, ət bahalaşacaq  |     16:01 Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu  |     15:50 Bu binalarda kombi quraşdırılmasına icazə veriləcək  |     15:38 MİQ-də iştirak üçün ödənişin məbləği təsdiqləndi  |     15:31 Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi  |     15:26 Azərbaycan səmasında parlaq izlər görünə bilər  |     15:22 Naxçıvana səfər etmək istəyənlərin NƏZƏRİNƏ  |     15:00 Xudavəng monastrı ilə bağlı videoçarx hazırlanıb - Video  |     14:46 ANAMA Qazaxın azad edilmiş kəndlərində indiyə qədər 256 ha ərazini təmizləyib  |     14:44 Dövlət agentliyi təmir işləri zamanı XƏTTİ ZƏDƏLƏDİ: 11 min abonent qazsız qaldı  |    
Left Banner
Right Banner

Hava nəqliyyatı ilə daha 17 ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib

15.10.2021 20:23 639
Hava nəqliyyatı ilə daha 17 ölkə vətəndaşlarının Azərbaycana giriş-çıxışına icazə verilib
“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarına yeni bəndlər əlavə edilib.

Median.Az
bu barədə Nazirlər Kabinetinə istinadən xəbər verir.

Yeniliyə əsasən, hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına yalnız COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) və uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında və Azərbaycan Respublikasını tərk edərkən onlardan COVID-19-a dair PCR testi tələb olunmadan icazə verilir:

Argentina Respublikası;

Avstraliya İttifaqı;

Braziliya Federativ Respublikası;

Bruney Darüssalam;

Cənubi Koreya Respublikası;

Çili Respublikası;

Ekvador Respublikası;

Kamboca Krallığı;

Kosta Rika Respublikası;

Kuba Respublikası;

Küveyt Dövləti;

Qazaxıstan Respublikası;

Maldiv Respublikası;

Meksika Birləşmiş Ştatları;

Mərakeş Krallığı;

Monqolustan;

Monteneqro;

Norveç Krallığı;

Oman Sultanlığı;

Panama Respublikası;

Salvador;

Uruqvay Şərq Respublikası;

Yeni Zelandiya.

Bu Qərarda nəzərdə tutulan COVID-19 pasportu tələbi müəyyən edilən hallarda COVID-19 infeksiyası əleyhinə peyvəndə əks-göstərişi müəyyən edilmiş şəxslərdən əks-göstəriş sertifikatının olması tələb olunur.скачать dle 11.3
Mojo.az Banner