Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq

14.10.2021 15:40 2 430
Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq
Sabahdan 131 nömrəli marşrut xətti (Maştağa qəsəbəsi - Koroğlu NMM) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu üzrə Maştağa qəsəbəsi, Heybət Heybətov küçəsi 44, Heybət Heybətov 63, B.Bağırov küçəsində, Sabunçu qəsəbəsi Şəhər şosesi, Zabrat qəsəbəsi, Babək küçəsi 336, Oktyabr küçəsi, Nərimanov 23, Sadiq Cəfərov 26, Savalan qəsəbəsi Məhəmmədəli Şəfai 37 ünvanlardakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Bununla yanaşı, sərnişinlər istifadə etdikləri “BakıKart”ın balansını portaldan onlayn qaydada artıra bilərlər.

Qeyd edək ki, bir müddət əvvəl 114A və 114B nömrəli marşrut xətti (Pirəkəşkül və Müşfiqabad qəsəbəsi - “20 Yanvar” m/st) üzrə hərəkət edən avtobuslarda da gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsinə başlanılıb.
скачать dle 11.3
Mojo.az Banner