Mojo.az Banner
23:00 Azərbaycanın Təbrizdəki baş konsulu avtomobil qəzası nəticəsində ölüb  |     22:51 Almaniyada tramvay qəzasında 27 nəfər xəsarət alıb  |     22:43 Alimentə görə həbs edilənlərin sayı açıqlandı  |     22:38 Xəzərin suyunun azalmasının səbəbi yalnız iqlim dəyişiklikləri deyil - Nazir  |     22:29 Bazar gününə olan hava proqnozu  |     22:24 Sumqayıtda qanunsuz tikili söküldü - Video  |     22:16 Tbilisi qatarına ilk bileti alan ADY-nin əməkdaşıdır? - AÇIQLAMA - VİDEO  |     22:11 Gəncə Dram Teatrını su basdı, işçi zirzəmidə qaldı - Video  |     22:03 Maaşların ödəniş qaydası dəyişir — Artıq aylıq verilməyəcək  |     21:55 Mədinə Sadıqova Avropa çempionatında qızıl medal qazanıb  |     21:50 İranda internetə çıxış 84 gündür ki, yoxdur  |     21:43 Paşinyan Baş nazir vəzifəsindən istefa verməsi üçün şərtini açıqlayıb  |     21:36 Muğlada zəlzələ olub  |     21:30 SAT imtahanında saxtakarlıq şübhəsi: Suallar öncədən satılır? - VİDEO  |     21:19 AZAL-a dəymiş zərər Rusiya tərəfindən kompensasiya ediləcək  |     21:06 Sevgi həyatında böyük dönüş yaşayacaq bürclər  |     21:00 Eyfel Qülləsinin pilləkəni rekord qiymətə satıldı  |     20:50 Aida Quliyeva vəfat etdi  |     20:42 Cəbrayılda illik iki milyon ağac tingi yetişdiriləcək  |     20:36 Bu 5 bürcün bütün işləri yağ kimi gedəcək  |    
Left Banner
Right Banner

Azərbaycanda məktəb yaşı azaldılacaq? - AÇIQLAMA

14.10.2021 13:06 906
Azərbaycanda məktəb yaşı azaldılacaq? - AÇIQLAMA
“Təhsildə yeni çağırışlar” II Beynəlxalq Forumunda çıxış edən təhsil naziri Emin Əmrullayev məktəb yaşının beşə qədər azaldılmasını təklif edib. Erkən uşaq inkişafı və məktəbə tez başlamanın vacib məsələ olduğunu vurğulayan nazir, uşaqların 1-5 yaşında bağçaya gedə bildiklərini, bu baxımdan erkən uşaq təhsilində zəiflik hiss olunduğunu qeyd edib.

Bəs Azərbaycanda məktəb yaşının azaldılmasına ehtiyac var?

Məsələ ilə bağlı Trend-ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib ki, uşağın gələcək inkişafının əsas təməli məhz onun erkən yaşlarında təhsili zamanı qoyulur. Mövcud qanunvericiliyə görə ölkəmizdə icbari təhsilə cəlb edilmə altı yaşdan başlayır:

“Lakin buna baxmayaraq, 2016-cı ildən beş yaşlı uşaqlar könüllü olaraq məktəbəhazırlıq qruplarına cəlb edilirlər və hal-hazırda 95 000 nəfər beş yaşlı uşaq məktəbəhazırlıq qruplarına cəlb edilib. Bundan başqa üç və dörd yaşlı uşaqlar üçün icma əsaslı hazırlıq mərkəzləri 50 rayonda pilot şəklində fəaliyyətə başladıqdan sonra əlavə olaraq 50 mərkəz yaradılıb və bu mərkəzlər ölkə üzrə 3 000 uşağı əhatə edir. Bu rəqəmlər onu deyir ki, təhsil almanın yaşının azaldılması və bunun icbari olması bizim üçün o qədər də yeni bir ifadə deyil və təhlükəli sayılmır”.

Ekspert qeyd edib ki, 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən qəbul edilən təhsil inkişafı üzrə dövlət strategiyasına görə, Azərbaycan 12 illik təhsilə keçməlidir:

“12 illik təhsilə keçid deyəndə hər kəs fikirləşirdi ki, bir il əlavə oxumaq lazım olacaq. Əvəzində isə təhsil naziri vəziyyətin həm çıxış yolu kimi, həm də öyrənmənin daha erkən yaşa çəkilməsi üçün uşaqları kiçik yaşlardan təhsilə cəlb etməyi təklif edib.

Bu, çox doğru yanaşmadır. Təhsili öndə olan dünya reytinqli ölkələrdə təhsilə cəlb edilmə daha erkən yaşlarda başlayır. Bu, ölkənin iqtisadi inkişafı üçün çox vacib amildir. Baxırıq ki, məktəbə hazırlıq qruplarına gedən uşaqla getməyən uşaqların tədris göstəricisi kifayət qədər fərqlidir. Beş yaşdan gedənlər daha uğurludurlar, mənimsəmələri daha yaxşıdır.

Hesab edirəm ki, uşaqlar beş yaşda məktəbə cəlb edilsə, bu, orta məktəbdə müəllimlərin sayının artmasına, iş yerlərinin olmasına, ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə gətirib çıxaracaq”.

Onun sözlərinə görə, Yaponiyada, Cənubi Koreyada, Sinqapurda, Avropa ölkələrində bu model artıq tətbiq edilir:

“Reallıq ondan ibarətdir ki, valideynlər narahatdırlar. Amma həmin valideynlər övladlarını iki-üç yaşdan etibarən uşaq bağçalarına qoyurlar. Bu gün monitorinq aparsaq görərik ki, üç, ya dörd yaşda uşaqların bəziləri valideynlərinin təkidi ilə oxumağı, yazmağı, şeir əzbərləməyi bilirlər.

Sadəcə təhsil nazirinin “uşaqları erkən yaşdan məktəbə cəlb etmək lazımdır” fikri ibtidai sinif proqramlarının yumşaldılmasına hesablanıb. Bu gün hər birimiz ibtidai siniflərdə tədris proqramlarının ağırlığını bilirik və narahatıq. Amma biz artıq birinci sinfin işini daha erkən yaşda uşaqlara çatdırmalı olacağıq.”

Ekspert həmçinin bildirib ki, icbari təhsil altı yaşdandır, amma biz beş yaşdan etibarən bunu uşaqlara aşılasaq, artıq uşaqlar o yaşda oxumağı, yazmağı biləcəklər, ibtidai sinif proqramı isə sadələşəcək:

“Biz məktəbə hazırlığı təhsilin bir pilləsi olaraq qəbul etmirik. 12 illik təhsilə keçmək istəyiriksə, artıq məktəbə hazırlıq icbari olmalıdır. Öyrənmənin daha erkən yaşlara çəkilməsində heç bir problem yoxdur. Onsuz da bu gün uşaqlar hazırlıqlara gedirlər. Valideynlərin də əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər vaxtları olacaq”.скачать dle 11.3
Mojo.az Banner