Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan “qırmızı zona”ya yaxınlaşır: Koronavirusla bağlı vəziyyət gərgindir

13.10.2021 18:48 1 151
Ermənistan “qırmızı zona”ya yaxınlaşır: Koronavirusla bağlı vəziyyət gərgindir
Ermənistanda koronavirus epidemiyası ilə bağlı vəziyyət olduqca gərgindir.

Bu barədə respublikanın Milli Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzinin nümayəndəsi Romela Abovyan bildirib.

Onun sözlərinə görə, yoluxma 50 faiz artıb və xəstəlik sürətlə yayılmağa davam edir.

Bundan başqa uşaq və yeniyetmə yaş qruplarında xəstəlik hallarında 1,5-1,7 dəfə artım müşahidə olunur.

Mütəxəssis Ermənistanın artıq "qırmızı zona”ya yaxınlaşdığı barədə xəbərdarlıq edib.

"Yoluxma sayı 475-dir, 500 olsa Ermənistan "qırmızı zona”da olacaq”, - deyə o, vurğulayıb.

Mütəxəssis həmçinin vurğulayıb ki, koronavirus daha da cavanlaşıb: əsasən 30-50 yaş arası əhali xəstələnir, xəstəxanaya yerləşdirilməli olan uşaqlar da var.

"Xəstəxanalar həddən artıq yüklənib, çarpayı fondu tükənib, vəziyyət olduqca ciddi və həyəcanvericidir”, - deyə Romela Abovyan xəbərdarlıq edib.

Son xəbərlər