Mojo.az Banner
22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |     20:29 Fransada uşaqlar üçün sosial şəbəkə qadağası baş tutmadı - SƏBƏB  |     20:22 Vətən müharibəsi şəhidinin qardaşı vəfat etdi  |     20:17 “Bitcoin” ucuzlaşıb  |     20:09 60 yaşdan sonra bu əlamətlərə diqqət yetirin: Nəfəs darlığı, ayaqlarda şişkinlik...  |     20:04 Qısqandığını bəlli etməyən 4 bürc: Hisslərini necə gizlədirlər?  |    
Left Banner
Right Banner

Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib

12.10.2021 21:13 2 145
Azərbaycan və Özbəkistan arasında ikitərəfli münasibətlər müzakirə edilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının 60 illik yubiley tədbiri çərçivəsində Özbəkistan Respublikasının xarici işlər nazirinin birinci müavini Farhod Arziyev ilə görüşdü.

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən məlumat verilib.

Görüş zamanı tərəflər ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etdi, bu münasibətlərin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğuladı.

Görüşdə, Azərbaycan və Özbəkistan arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulandı.

Görüş zamanı nazir Ceyhun Bayramov həmkarına Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən geniş bərpa və quruculuq işləri haqqında məlumat verib. Tərəflər müxtəlif istiqamətlər üzrə, o cümlədən mədəni irsin bərpası sahəsində birgə əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.

скачать dle 11.3
Mojo.az Banner