Mojo.az Banner
22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |     20:48 Kartdan-karta köçürmələrə qoyulan limit ləğv edilir?  |     20:40 "Meta" "Instagram", "Facebook" və "WhatsApp" üçün vahid abunə xidmətini təqdim etdi  |     20:35 Masajçı "fizioterapevt" kimi işlədildi - "Ecegen Med Klinika" cərimələndi  |     20:28 "iPhone 18 Pro" fotoların orijinallığını yoxlamağa imkan verəcək  |     20:23 Yuxusuz gecələrin görünməyən təhlükəsi: Orqanizmdə nə baş verir? - Nevroloq  |    
Mojo.az Avto
Mojo.az Avto

DYP-dən velosipedçilərə XƏBƏRDARLIQ

07.10.2021 17:12 7 275
DYP-dən velosipedçilərə XƏBƏRDARLIQ
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi (DYP) İdarəsi baş verən qəzalarla bağlı velosipedçilərə müraciət edib.

Baş DYP İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər:

“Onlar da nişanların tələblərinə riayət etməli, nizamlanmayan kəsişmələrdə bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.

Onu da bilməlidirlər ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar”.

Qeyd edək ki, ötən gün saat 18:45 radələrində Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində Pirallahı qəsəbə sakini 1994-cü il təvəllüdlü sürücü Eskenderov Elmar Naziroviç idarə etdiyi “Mercedes-Benz” markalı, 99-HC-515 dövlət qeydiyyat nişanlı avtomobillə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən velosipedçi 1961-ci il təvəllüdlü Hümbətov Şahin Zərqulu oğlunu vurub və o, hadisə yerində ölüb.

Bundan əvvəl, oktyabrın 2-si saat 12:30 radələrində Binəqədi rayonu, 28 May qəsəbəsində Abşeron rayonu sakini 1967-ci il təvəllüdlü sürücü Ağayev Hafiz Bayram oğlu idarə etdiyi QAZ-53 markalı, 10-HC-792 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən velosipedçi 2000-ci il təvəllüdlü İsmayılov Nicat Vüqar oğlunu vurub və o da ötən gün xəstəxanada dünyasını dəyişib.скачать dle 11.3
Mojo.az Banner