Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda iki gün əvvəl asfaltnan yolu yenidən qazdılar - Kim büdcəyə qənim kəsilib? (FOTOFAKT)

07.10.2021 16:44 1 902
Bakıda iki gün əvvəl asfaltnan yolu yenidən qazdılar - Kim büdcəyə qənim kəsilib? (FOTOFAKT)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən iki gün öncə təmir edilərək təhvil verilən yol yenidən qazılıb.

Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində iki gün əvvəl təmiri başa çatan yol yenidən qazılıb. Bu barədə tanınmış jurnalist Pərviz Musayev paylaşım edib.

Nəticədə sözügedən ərazidən üçüncü mikrorayan dairəsi adlanan əraziyə qədər və dairədan Ceyhun Səlimov keçəsinə tərəf olan istiqamətlərdə səhər saatlarından etibarən tıxac yaranıb.

Maraqlı olan məqam isə AAYDA yolu iki gün əvvəl təhvil verərkən ərazidəki bütün kommunikasiya xətlərinin yenilənməsi işlərinin oktyabr ayının 5-də tam olaraq yekunlaşdırıldığını açıqlamasıdır.

AAYDA-nın sözcüsü Anar Nəcəfli hadisə ilə bağlı deyib ki, yolun qazılmasına səbəb qəza olub:

"Yenicə əsaslı təmirdən çıxmış Nəsimi rayonu, Ceyhun Səlimov küçəsinin yan yolunun altından keçən elektrik xəttində qəza baş verib. Təəssüflər olsun ki, yolun hərəkət hissəsinin qazılması məcburiyyəti yaranıb. Hazırda aidiyyəti qurum tərəfindən qəza aradan qaldırılır. Küçənin təmiri zamanı əlaqələndirmə olmasaydı qaz, su və istilik xəttləri yenilənməzdi".







скачать dle 11.3
Mojo.az Banner