İlham Əliyev: “Azad edilmiş ərazilərdə yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Ata və oğul qeyri-adi fırıldaqla 100 restoranda pulsuz yemək yeyib  |     22:53 Alkoqolun ən tez zədələdiyi 5 orqan  |     22:48 Üç günlük maqnit qasırğası PROQNOZU: Sabah daha güclü olacaq  |     22:41 14 yaşlı qızla cinsi əlaqədə oldu, anası özünü yaraladı - SUMQAYITDA  |     22:39 Bakıda məktəbli itkin düşdü  |     22:36 Güzgüdəki qara ləkələr: niyə yaranır və onların qarşısını necə almaq olar?  |     22:28 "iPhone"ların qiyməti üç dəfə bahalaşa bilər  |     22:20 Məşhur şirkət bütün dünyanı aldadıb: Süni intellekt əvəzinə filippinli işçilər...  |     22:14 AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş  |     22:09 Bu restoran və şadlıq evləri ilə bağlı ciddi tədbirlər görülməlidir - Professor  |     22:02 Ağdamda 10 milyon manatlıq layihə  |     21:56 Keçmiş prezident ölkəsinə qayıtsa, həbs ediləcək  |     21:51 Məişət zorakılığı: "Bəlkə də kişilərə psixoloji yardım göstərilməlidir"  |     21:46 "Google" yüzlərlə əməkdaşını işdən çıxardı  |     21:39 "Rembo: İlk qan" filminin rejissoru vəfat etdi  |     21:31 Sürücüsüz idarə olunan avtomobil sahibləri cərimələnə bilər - VİDEO  |     21:26 Uşaqlar arasında kütləvi virus yayılıb?  |     21:19 Rusiya genişmiqyaslı hücuma hazırdırmı? - General rusların planlarını açıqladı  |     21:14 Niyə daha çox insan uşaq sahibi olmaq istəmir? - 6 əsas səbəb  |     21:05 “Əcəmi”də tullantı xətlərində tıxanma yarandı, ərazini su basdı - VİDEO  |    

İlham Əliyev: “Azad edilmiş ərazilərdə yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir”

“Suqovuşan qəsəbəsinin əhəmiyyəti, eyni zamanda, ondadır ki, burada Suqovuşan su anbarı yerləşir. Su anbarının çox böyük strateji əhəmiyyəti var. Bu su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilmişdir. Bu su anbarlarının əsas məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən rayonlara - Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi”.

Bu sözləri Prezident İlham Əliyev oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsində çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, işğal zamanı mənfur düşmən bizə qarşı ekoloji terror da törədirdi, su terroru törədirdi:

“Hətta Avropa Şurası Parlament Assambleyasının sessiyalarının birində bu məsələ ilə bağlı xüsusi məruzə təqdim olunmuşdu və məruzə qəbul edilmişdi, qətnamə qəbul edilmişdi. Ermənistan dövləti ittiham edilmişdi və bu, bizim böyük uğurumuz idi. Təsadüfi deyil ki, ondan sonra bu məruzəni hazırlayanlara qarşı erməni lobbi təşkilatları mənəvi terror siyasəti aparmağa başlamışdı. İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda bizim kəndlilərimiz, fermerlərimiz susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Yəni bu, bir daha göstərir ki, biz hansı çirkin düşmənlə üz-üzəydik. Onlar bütün imkanlardan istifadə edib bizə daha böyük ziyan vurmaqla məşğul idilər. Suqovuşan qəsəbəsinin azad edilməsi və su anbarının bizim nəzarətimizə keçməsi nəticəsində artıq Ermənistan dövlətinin bu imkanları da onların əlindən çıxdı. İndi buraya biz hakimik. Bu il Suqovuşan su anbarından istifadə edərək 30 il ərzində ilk dəfə olaraq Tərtər və digər rayonlara su verildi. Bu günə qədər suvarılmayan, yaxud da ki, az suvarılan 30 min hektar torpağa bu qəsəbənin azad edilməsi nəticəsində su verilmişdir və indi kanallarda təmir işləri gedir. Bizim azad edilmiş torpaqlarda - Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir.

Eyni zamanda, vaxtilə sovet dövründə su anbarının yanında ulu öndər Heydər Əliyev tərəfindən iki su elektrik stansiyası inşa edilmişdi. Müharibə zamanı düşmən bu stansiyaları da dağıtmışdır. Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyası müharibə zamanı və müharibədən sonra ki, onlara bu rayonlardan çıxmağa vaxt verilmişdi, ermənilər onları dağıtmışdılar, onların bərpası gedir. O cümlədən, ilk növbədə, “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyalarının bərpası ilə bağlı işlər görülməyə başlanmışdır və artıq bu stansiyalar işlək vəziyyətdədir. Onlar yenidən quruldu, yenidən tikildi. Bu, bir daha bizim gücümüzü və siyasətimizi göstərir. Biz infrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atırıq və müharibənin başa çatmasından hələ bir il keçməyib, görün nə qədər böyük işlər görülür. Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var. Bu qəsəbənin azad edilməsinin digər önəmli tərəfi, bir daha demək istəyirəm ki, mənəvi-psixoloji üstünlüyümüzün daha da möhkəmləndirilməsidir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 305 04.10.21 17:20