Mojo.az Banner
21:59 Zəfər paradında nümayiş etdirilən yeni raketin üstünlükləri  |     21:50 Gürcüstanda qəzaya uğrayan Türkiyənin hərbi yük təyyarəsinin qalıqları tapılıb  |     21:44 Pakistanın Baş naziri Türkiyə Prezidentinə başsağlığı verib  |     21:35 Toy karvanındakı qəzada yaralanan şəxsin son durumu  |     21:30 Monqolustan quzusunun kababının dadı necə olur? - TEST EDİLDİ  |     21:24 Qəzaya uğrayan C-130-un xüsusiyyətləri  |     21:16 Kürdəmir sakini göyərçinlərinə hücum etdiyinə görə pişiyi asdı - Video  |     21:11 Balakəndə velosipeddən yıxılan şəxs ÖLDÜ  |     21:02 Bakıda mənzildə iki nəfərin MEYİTİ TAPILDI  |     20:56 İndiyədək Qəzzada ölənlərin sayı açıqlandı  |     20:45 Hakan Fidan gürcüstanlı həmkarı ilə təyyarə qəzasını müzakirə edib  |     20:41 Bu maşınları ölkəyə gətirmək üçün 200 min manat vergi ödəməlisən  |     20:37 Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub  |     20:18 Azərbaycanda ən çox və ən az işçi hansı sahələrdə işləyir?  |     20:11 Azərbaycan iki karateçisi İslamiadada bürünc medal qazanıb  |     19:54 Leyla Əliyeva Qəbələ rayonuna səfərindən görüntülər paylaşdı - FOTO  |     19:49 Qəzaya uğrayan Türkiyə təyyarəsində 20 hərbçi olub  |     19:46 Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq  |     19:41 Paşinyan Aİ səfirləri ilə Vaşinqton sammitinin nəticələrini müzakirə edib  |     19:32 Pakistanda məhkəmə binası yaxınlığında partlayış olub, azı 12 nəfər ölüb, 21 yaralı var  |    
Left Banner
Right Banner

"Ermənistan sülh və əməkdaşlıq istəyini sözdə deyil, əməldə sübut etməlidir" - RƏY

02.10.2021 19:46 684
“Azərbaycan İkinci Qarabag müharibəsindən sonra regionda və bütövlükdə beynəlxalq müstəvidə mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Postmüharibə dövründə ölkəmiz fəal siyasət həyata keçirir və regionun gələcək inkişafı üçün mühüm təşəbbüslərlə çıxış edir. Bu istiqamətdə Prezident İlham Əliyev xarici kütləvi informasiya vasitələrinə müsahibələrində Azərbaycanın mövqeyini aydın şəkildə ifadə edir. Dövlətimizin başçısının İspaniyanın nüfuzlu EFE İnformasiya Agentliyinə müsahibəsindəki məqamlar da bu baxımdan önəmlidir”.

Bu fikirləri "Report"a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.


Deputat bildirib ki, hələ torpaqlarımızın işğal altında olduğu dövrdə Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə Azərbaycan xalqının işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun torpaqlarımızın geri qaytarılacağını qətiyyətlə bəyan edirdi: "Dövlətimizin başçısı prinsipial və düşünülmüş siyasət yürüdərək ötən 18 ildə ölkəmizi gücləndirdi, onun beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəltdi. Eyni zamanda müasir, güclü ordu yaradılması istiqamətində sistemli tədbirlər həyata keçirildi. Bütün bunlar tarixi Qələbəmizə zəmin yaratdı. Tarixi Qələbəmiz təkcə torpaqların azad edilməsi deyil, ilk növbədə məğlub xalq sindromundan qurtulma, milli ləyaqətimizin bərpa olunması, müzəffər xalq, qalib dövlət deməkdir".

Millət vəkilinin sözlərinə görə, artıq “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil: "Heç bir qüvvə problemi yenidən bərpa etmək, Azərbaycana öz iradəsini qəbul etdirmək iqtidarında deyil. 44 günlük müharibədə Azərbaycanın qələbəsi erməni faşizmi üzərində qələbə idi. Bu gün hələ də Ermənistanda revanşist düşüncədə olanlar var: “Ermənistanda hakimiyyət dəyişikliyinə baxmayaraq, bu cəmiyyətin xisləti dəyişməyib. Ermənistanda azərbaycanofobiya, islamofobiya hələ də tüğyan edir. Bu ölkədə azərbaycanlılara qarşı olan nifrət rəsmi ideologiyaya çevrilib. Amma bu kimi hallar ermənilərə yaxşı heç nə vəd etmir. Erməni faşizminin təzahürləri, revanşizm meyilləri, qonşu xalqlara nifrət, ilk növbədə Ermənistanın özü üçün təhlükəlidir. Bu amillər Ermənistanı bir dövlət kimi məhvə sürükləyir. Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşı olar. Azərbaycan bundan sonra da Ermənistanın hər bir təxribatına layiqli cavab verəcək”.

Ermənistanın böhran və tənəzzüldən yeganə xilas yolunun Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edərək konstruktiv və praqmatik mövqe sərgiləməkdən ibarət olduğunu vurğulayan Fatma Yıldırım qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi Qələbə qazanmaqla həm öz ərazi bütövlüyünün bərpasına nail oldu, həm də bütün region xalqları və dövlətləri üçün faydalı əməkdaşlıq imkanları yaratdı: "Postkonflikt mərhələsində də Azərbaycanın irəli sürdüyü təşəbbüslər və təkliflər regional inkişafa, bölgədə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ermənistan bu tarixi şansdan istifadə edərək, yaranmış fürsəti dəyərləndirməlidir. Bunun üçün, ilk növbədə, ərazi iddiasından əl çəkməli, sülh müqaviləsinə hazırlıq işləri görməli, kommunikasiyaların açılmasını əngəlləməməli və sərhədlərin delimitasiyası ilə əlaqədar beynəlxalq hüquq normalarına uyğun konkret mövqe ortaya qoymalıdır. Bölgədə sülhün yaradılması, təhlükəsizliyin təmin olunması və əməkdaşlığın genişləndirilməsi baxımından üçtərəfli razılaşmaların icrası çox önəmlidir".

Deputat diqqətə çatdırıb ki, Ermənistan sülh və əməkdaşlıq istəyini sözdə deyil, əməldə sübut etməlidir: “Məlumdur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “3+3” platforması ilə çıxış edib. Yəni 6 dövlətin – Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, İran və Ermənistanın birgə əməkdaşlığı regionun iqtisadi tərəqqisində çox mühüm rol oynaya bilər. Burada Zəngəzur dəhlizi isə müstəsna əhəmiyyət kəsb edir. 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin nəticəsi olaraq Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladıqları birgə Bəyanat əsasında yaradılacaq yeni Zəngəzur dəhlizi uzun illər blokadada olmuş Naxçıvan Muxtar Respublikasını bu şəraitdən çıxarmaqla yanaşı, qədim Zəngəzurun qapılarını da uzun həsrətdən sonra böyük türk dünyasının üzünə açır. Bu dəhliz Ermənistanın inkişafı baxımından da faydalıdır. Ona görə də, regionun tərəqqisi naminə Ermənistan bu istiqamətdə konstruktiv mövqe sərgiləməlidir”.скачать dle 11.3