Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib |
Mojo.az Avto
Mojo.az Avto

Ölkədə pomidorun qiyməti niyə kəskin bahalaşıb?

02.10.2021 19:04 2 520
Ölkədə pomidorun qiyməti niyə kəskin bahalaşıb?
Azərbaycanda pomidorun qiyməti kəskin bahalaşıb. Bir neçə gün əvvəl bir kiloqramı 1 manata təklif edilən pomidor artıq 3 manata satılır.

“Report” pomidorun qiymətinin bahalaşmasının səbəbi ilə bağlı araşdırma aparıb.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, artıq açıq şəraitdə yetişidirilən pomidorun istehsalı azalır: “Bundan sonra pomidorun satış qiyməti artacaq. İstixana şəraitində yetişdirilən pomidorun həcmi çox olacaqsa, qiymətlər nisbətən azala bilər. Bu il bizim örtülü təsərrüfatlarda pomidor istehsal edən sahibkarlar ciddi ziyana məruz qalıb. İndi onların əksəriyyətinin toxum, ştil almağa imkanları yoxdur. Bu səbəbdən istixana şəraitində yerləşdirilən pomidorun həcmi azala bilər. Bu il Rusiya tərəfindən pomidor ixracına ciddi maneələr yaradıldı. Pomidor istehsalçıları ciddi maddi ziyana məruz qaldı.

Daha çox istixana şəraitində pomidor yetişdirən Şəmkir sahibkarlarıdır. Onlarla daim müzakirələr aparıram, bu il onlar üçün çox çətin keçdiyini bildirirlər. Pomidor istehsalçıları əsaslı gəlirdən məhrum olublar, onlar Rusiyaya ixrac etdikləri məhsulun bir hissəsi sərhəddə, bir hissəsi yolda, bir hissəsi də bazarlarda xarab olub. İstixanalarda pomidor yetişdirən sahibkarların bir çoxu bu səbəbdən həm də həvəsdən düşüb. Buna görə də pomidorun qiyməti artmaqda davam edəcək”.

V.Məhərrəmovun sözlərinə görə, Rusiya rəsmiləri Azərbaycana meyvə-tərəvəz ixracı ilə bağlı çağırış edib: “Lakin əsas məqam bundan ibarət idi ki, Rusiya tərəfi ilə ixracdan əvvəl müqavilələr imzalanmalı idi. Belə olan təqdirdə istehsalçıların ixrac məsələsi şübhə altında olmayacaqdı”.

O deyib ki, ötən illərdə açıq şəraitdə yetişdirilən pomidoru oktyabrın ortalarına qədər tapmaq mümkün idi: “Həmçinin, əvvəlki illərlə müqayisədə bu il pomidorun keyfiyyəti də aşağı düşüb. Bu il həm təklif azalıb, həm də əldə olunan məhsulun keyfiyyəti aşağıdır. Bu il bol və keyfiyyətli məhsul istehsal etmək üçün hava şəraiti münbit idi. Təəssüf ki, bizim fermerlər, kəndlilər yaranmış şəraitdən bəhrələnə bilmədilər. Digər tərəfdən bu il ziyana məruz qalmış ixracatçı fermerlərə, sahibkarla hökumət tərəfindən dəstək göstərilməli idi. Lakin bu, olmadı."

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında sahələrdən 1 milyon 423,8 min ton tərəvəz yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 % çoxdur. Həmçinin, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 446,8 min ton bostan məhsulları yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 % çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Report"a bazarlarda süni qiymət artımının olub-olmamasına münasibət bildirib: “Pomidorun qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitində, tələb-təklif əsasında formalaşır”.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 128,2 milyon ABŞ dolları dəyərində pomidor ixrac edib.

Son xəbərlər