Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Özünü müharibə əlili kimi təqdim edən şəxs ifşa edildi

02.10.2021 14:41 1 050
Özünü müharibə əlili kimi təqdim edən şəxs ifşa edildi
“İkinci Dünya müharibəsindən sonra bəzi adamlar hərbi paltar geyinərək bir sıra qanunsuz əməllər törətməyə başladılar. “NKVD”nin araşdırmalarından sonra məlum olurdu ki, həmin şəxslər xəstəlik adı ilə müharibədən yayınıblar”.

Bunu jurnalist və yazıçı Azər Qismət özünün sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, Azərbaycanda ilk Qarabağ müharibəsindən sonra da bəzi şəxslər hərbi paltar geyinərək sui-istifadə hallarına yol verdilər, bəziləri obyekt sahibi oldular.

“Artıq 44 günlük zəfər savaşından sonra da belə hallar müşahidə edilməkdədir”, - deyən A.Qismət əlavə edib ki, bəzi sosial şəbəkələrdə Bakı şəhər sakini Mürsəlov Babək Albəndə oğluna yardım göstərilməsi haqqında məlumat yayıldı:

“Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladım. Oradan mənə deyildi ki, Babək Mürsəlov heç vaxt hərbi səbəblərdən əlil olmayıb. Ona birinci dəfə 2009-cu ildə ümumi səbəbdən beş il müddətinə 2-ci qrup əlillik təyinatı aparılıb. 2016-cı ildə məlum qərardan sonra vətəndaşın əlillik dərəcəsi heç bir müayinə aparılmadan avtomatik beş il müddətinə uzadılıb. Əlillik müddəti bitdikdən sonra onun yeni göndərişi bu dəfə hərbi səbəb ilə əlaqədar rəsmiləşdirilib və diaqnoz əlillik əlaməti təyin etmədiyindən ona əlillik təyin olunmayıb. Müraciəti əsasında Babək Mürsəlov əyani müayinə edilərkən də göndərişdə qeyd edilən diaqnoz təsdiqini tapmayıb. O, artıq bir neçə dəfə əyani müayinədə iştirak edib və onunla bağlı qərar dəyişməyib”.

A.Qismət vurğulayıb ki, hərb və qazilik adından istifadə etmək əsl şəhid və qazilərimizin adına təhqirdir.скачать dle 11.3
Mojo.az Banner