Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Asiyadakı Rusiya hərbi bazalarından istifadəni araşdırır

30.09.2021 21:30 1 839
ABŞ Asiyadakı Rusiya hərbi bazalarından istifadəni araşdırır
ABŞ Əfqanıstanın qonşu ölkələrindəki hərbi obyektlərin, o cümlədən bölgədəki Rusiya bazalarının istifadəsinə dair danışıqlar aparır.

“Politico” nəşrində yer alan məqaləyə əsasən bu barədə qapalı dinləmələr zamanı ABŞ senatorlarına Pentaqon rəhbəri Lloyd Ostin, ABŞ Silahlı Qüvvələri Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli və Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının rəhbəri, general Kennet Makkenzi danışıb.

Belə ki, Pentaqon nümayəndələri Tacikistan, Özbəkistan, Qırğızıstan və digər ölkələrin hakimiyyəti ilə müzakirələr aparır.

Hətta Ostin açıq dinləmələr zamanı Amerika Birləşmiş Ştatlarının terrorizmlə mübarizə üçün Orta Asiyadakı Rusiya hərbi bazalarından istifadə etməsinin mümkünlüyü ilə əlaqədar rəsmi Moskvaya müraciət edildiyini etriaf edib.

Daha əvvəl, Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən oxşar açıq dinləmədə Milli, Moskva ilə Vaşinqton arasında Əfqanıstanla bağlı əməkdaşlığın mümkün olub-olmadığı barədə açıq danışmaqdan imtina edib. Eyni zamanda bu mövzunu amerikalı qanunvericilərlə müzakirə etməyə hazır olduğunu söyləyib.

Son xəbərlər