Mojo.az Banner
23:01 Problemli kreditlərin həcmi artır - Səbəb nədir? (VİDEO)  |     22:55 Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO  |     22:48 Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu  |     22:43 Vasif Talıbovun yaxın adamının 12 illik fəaliyyəti yoxlanılır  |     22:34 "Turan Tovuz" "Fənərbağçaya məğlub oldu  |     22:29 Gəncədə bədbəxt hadisə: Bacı-qardaş xəstəxanaya yerləşdirildilər  |     22:21 Paytaxtın bəzi ərazilərində işıq olmayacaq  |     22:16 Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alındı  |     22:10 Sürücülərə xəbərdarlıq: Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:02 Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - Açıqlama  |     21:56 Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı  |     21:48 Ağdaşda evdə yanğın - Ana və oğulları ilə bağlı təfərrüat  |     21:40 Bakıda ən ucuz evlər bu ərazidədir  |     21:35 Payız axşamlarında izlənməli 5 film  |     21:27 Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat  |     21:22 Təyyarəni qəzaya uğratmaq istəyən pilotun keçmişi ilə bağlı şok detallar üzə çıxdı  |     21:14 Tanınmış həkim xərçəngin səbəblərin açıqladı  |     21:08 6 min manat alıb oğlunu həbsdən çıxaracağını vəd etdi - 2 il 9 ay həbs  |     21:00 Büdcə smartfonlarının sonu: "Samsung" və "Google" modellərinin qiyməti kəskin artdı  |     20:55 Toyuq əti bu səbəblərdən bahalaşır  |    
Mojo.az Avto
Mojo.az Avto

Emin Əmrullayev: "Dərslikləri dəyişmək baxımından daha çox vaxta ehtiyac var"

29.09.2021 22:18 1 017
Emin Əmrullayev:
Bildiyiniz kimi, bu gündən Azərbaycanın bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Əvvəlki mərhələlərdə olduğu kimi, bu mərhələdə də istər təhsilalanlar, istərsə də təhsilverənlər, daha geniş ictimaiyyət, valideynlərlə münasibətdə qarşıda olan çağırışlara cavab verə biləcəyik.

“Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev AzTV-yə müsahibəsində deyib.

Nazir qeyd edib ki, ən əsası təhsilalanların keyfiyyətli şəkildə tədrisini təşkil edə bilməkdir:

"Builki tədris ili əvvəlkilərdən bir neçə xüsusiyyətinə görə fərqlənir. Bu il Azərbaycan məktəblərində tədris ölkənin ərazi bütövlüyü təmin olunduqdan sonra ilk dəfədir ki, açılır. Buna qədər biz Qarabağ və ölkənin ərazi bütövlüyü mövzusunda şagird və tələbələri təlimatlandırırdıqsa, hazırda Zəfərdən sonrakı dövrdə təhsilin məzmununu, dərslikləri dəyişmək baxımından bizim daha çox vaxta ehtiyacımız var".

"Bildiyiniz kimi bu tədris ili Zəfər ili elan olunub. Bununla bağlı müxtəlif tədbirlər, müsabiqələr keçirməyi düşünürük. Zəfər tariximizə həsr olunan ümumrespublika müsabiqəsini qeyd etməliyik. Müsabiqənin qalibləri Zəfər günündə elan ediləcək. Bundan başqa, biz məktəblərdə “Zəfər tarixi” adlı fakültativ məşğələ keçirəcəyik. Bu, dərsdənkənar olacaq, ayrıca bir fənn şəklində tədris olunmayacaq. Artıq lazımi materiallar məktəblərə göndərilib", - Emin Əmrullayev bildirib.скачать dle 11.3
Mojo.az Banner