Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO | 13:48 Qazaxda iki gənc bir-birini bıçaqlayıb - Təfərrüat (Yenilənib) | 13:40 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb | 13:36 Azərbaycanda kişi videogörüntülərlə şantaj olundu: Şübhəli şəxs həbs edildi | 13:26 İlham Əliyev Xankəndi stadionunun açılışında iştirak edib - Foto | 13:24 Bayram günlərində metroda hərəkətin qrafiki dəyişdiriləcək | 13:11 Sabah Bakıda intensiv yağış yağacaq - 08.11.2026 | 23:01 Yerimə sürəti ömrün uzunluğundan xəbər verə bilər - Yeni araşdırma | 22:55 Hava limanında 20 min dollar tapan şəxslə bağlı qərar verildi |
Mojo.az Avto
Mojo.az Avto

Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən şəxs SAXLANILDI - VİDEO

25.09.2021 16:28 1 605
Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən şəxs SAXLANILDI - VİDEO
Bakıda icarəyə götürdüyü avtomobillə avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Belə ki, gecə saatlarında şəhərdə sükutu pozan Sadiq Hüseynov olub.

O, icarəyə götürdüyü KİA markalı nəqliyyat vasitəsilə Nəsimi rayonu ərazisində yol polisinin saxla əmrinə tabe olmayıb. Yol Patrul Xidmətinin əməkdaşları sürücünü saxlamaq üçün onu təqib ediblər. Lakin sürücü avtoxuliqanlıq əməlini törədərək Mircəlal Paşayev küçəsini əks istiqamətdə hərəkət edib.

Bir neçə avtomobilə ciddi təhlükə yaradan sürücü kəsişmədə süni tıxacda qalıb. S.Hüseynov nəqliyyat vasitəsinin qapılarını bağlayaraq yol polislərindən yaxa qurtarmağa çalışıb. Əraziyə dəvət olunmuş Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları zorla qapını açmağa müvəffəq olub. S.Hüseynov bunu görüb avtomobildən enərək naməlum istiqamətə qaçmağa çalışıb. Ancaq polis əməkdaşları onu saxlayıb.

Yol Polisinin verdiyi məlumata görə, sürücü təhlükə yaradaraq avtoxuliqanlıq əməli törədib.

Faktla bağlı araşdırma aparılır. Sürücü isə inzibati məsuliyyətə cəlb edilib.

Son xəbərlər