Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub

24.09.2021 21:30 801
Azərbaycanın daha bir güləşçisi dünya çempionu olub
Azərbaycanın daha iki təmsilçisi Rumıniyanın Konstanta şəhərində keçirilən çimərlik güləşi üzrə gənclərin dünya çempionatında qüvvəsini sınayıb.

"Report"un məlumatına görə, 70 kq-da çıxış edən Rübail İbrahimli startda yerli Ferents Şiki çətinliklə üstələyib. Daha sonra ukraynalı Andrey Jeliyevə məğlub olan idmançı növbəti görüşündə moldovalı Alin Kiorikiyə qalib gəlib. Yarımfinalda Moldovanın digər təmsilçisi Serciu Lupeskunu məğlub edən İbrahimli qızıl medal uğrunda qarşılaşmada ukraynalı Andrey Jeliyevə uduzaraq, ikinci yeri tutub.

80 kq-da yarışan və mübarizəyə təsnifat mərhələsindən başlayan Fərid Cabbarov isə bütün rəqiblərinə qalib gələrək çempion olub.

70 kq
1-ci görüş: Rübail İbrahimli - Ferents Şiki (Rumıniya) - 2:1
2-ci görüş: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) - 1:3
3-cü görüş: Rübail İbrahimli - Alin Kioriki (Moldova) - 3:1
1/2 final: Rübail İbrahimli - Serciu Lupesku (Moldova) - 3:1
Final: Rübail İbrahimli - Andrey Jeliyev (Ukrayna) - 0:3

80 kq
Təsnifat: Fərid Cabbarov - Konstantin Manea (Rumıniya) - 3:0
1-ci görüş: Fərid Cabbarov - Razvan Pavalaç (Rumıniya) - 3:0
2-ci görüş: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) - 3:0
3-cü görüş: Fərid Cabbarov - Anton Deyneka (Ukrayna) - 3:0
1/2 final: Fərid Cabbarov - Virgil Qosa (Rumıniya) - 3:0
Final: Fərid Cabbarov - Oleq Mixov (Ukrayna) - 3:0

Qeyd edək ki, ötən gün dünya çempionatında Hüseyn Əliyev (70 kq) qızıl, Musa Ağayev (60 kq) isə gümüş medal qazanıb. Mundialda beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.скачать dle 11.3
Mojo.az Banner