Mojo.az Banner
23:03 Yaşı 65 olanların NƏZƏRİNƏ  |     22:58 Məşhur müğənni ikinci dəfə xərçəngə qalib gəldiyini açıqladı  |     22:51 Əfqanıstanda qızların evlilik yaşı azaldıldı  |     22:43 İran Hörmüz boğazı üçün yeni qayda hazırlayır  |     22:37 Baş nazir Əli Əsədov Türkmənistana işgüzar səfərə gedib  |     22:31 AZAL, yoxsa ADY: Tbilisiyə hansı ilə səfər sərfəlidir?  |     22:26 Bakıda bu ərazidə parklara əyləncə və idman avadanlıqları QURAŞDIRILACAQ  |     22:21 Naxçıvanda işığın verilməsində fasilə olacaq  |     22:13 Məzunlara attestatlar elektron qaydada veriləcək - Hansı yeniliklər var?  |     22:07 Ebolanın yeni ştamı yayıldı - müalicəyə tabe olmur  |     22:00 Smartfonlar yaddaşımızı necə məhv edir?  |     21:53 Avtomatik sürətlər qutusundakı gizli mexanizm necə işləyir? – ARAŞDIRMA  |     21:47 Süni yumurtadan canlı cücə çıxdı: Alimlər nəhəng moa quşunu geri qaytarmaq istəyir  |     21:40 Krediti kreditlə bağlamaq: Çıxış yolu, yoxsa borc tələsi?  |     21:35 Bu pullar etibarsız sayılır - Mərkəzi bankdan xəbərdarlıq  |     21:28 Gəncədə 14 yaşlı yeniyetmə bıçaqlandı  |     21:20 Tezalışan elektromobil, yoxsa yanlış təbliğat?  |     21:14 "Qəbələ" "Şamaxı"ya qalib gəldi  |     21:07 Azərbaycanda dövlət qurumlarından biri ləğv olundu  |     21:02 Leyla Əliyeva Esvatini Kralı III Msvatini ilə görüşüb  |    
Left Banner
Right Banner

Təhsil Nazirliyi 45 minə yaxın şagirdə pulsuz məktəbli ləvazimatı verib

24.09.2021 21:17 669
Təhsil Nazirliyi 45 minə yaxın şagirdə pulsuz məktəbli ləvazimatı verib
Yeni tədris ilində ümumi təhsil müəssisələrinin I sinifləri üçün resurs dəsti paylanılıb.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, bu ildən pilot olaraq həyata keçirilən layihə çərçivəsində resurs dəstləri 27 şəhər və rayon üzrə seçilmiş məktəblərə təqdim edilib və ümumilikdə 45 minə yaxın şagirdi əhatə edir.

Dəstin paylanılmasında məqsəd siniflərin tədris materiallarına olan ehtiyaclarının təmin edilməsidir. Bu dəstlər yalnız I siniflər üçün nəzərdə tutulur və A 4, vatman kağızları, təbaşir, marker, qayçı, lövhə üçün transporter, ölçü vahidləri, həndəsə taxtası və digər lazımi vəsaitlər daxildir. Dəstə daxil olan bəzi resurslar tədris il boyu, bəziləri isə hətta 4 il müddətində istifadə oluna bilər.

Qeyd edək ki, məktəblərdə şagird və müəllimlərin lazımi tədris resursları ilə təminatı Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətlərindəndir. Sözügedən proses növbəti illərdə də davam etdiriləcək. Layihə çərçivəsində 44 günlük Vətən müharibəsi zamanı zərər görmüş bölgələrdəki şagird və müəllimlərin tədrislə bağlı fərdi ehtiyacları xüsusi diqqətdə saxlanılacaq.скачать dle 11.3
Mojo.az Banner