Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Yeni tədris ili üçün tədris planları təsdiq edilib

22.08.2025 12:35 624
Yeni tədris ili üçün tədris planları təsdiq edilib
Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün tədris planlarının təsdiqi barədə əmr imzalayıb.

Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

"Ümumi təhsil müəssisələrində təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 3.1.8-ci və 5.5.10-cu yarımbəndlərini rəhbər tutaraq əmr edirəm:

1. Azərbaycan Respublikasının ümumi təhsil müəssisələrinin 2025-2026-cı tədris ili üçün aşağıdakı tədris planları və onlara dair qeydlər təsdiq edilsin:

1.1. dövlət ümumi təhsil müəssisələrində yaradılan məktəbəhazırlıq qrupları üçün tədris (məşğələ) planı və "Tədris (məşğələ) planına dair qeydlər" (1 və 2 nömrəli əlavələr);

1.2. ümumi təhsil müəssisələrinin tədris Azərbaycan dilində aparılan I-XI sinifləri üçün tədris planı (3 nömrəli əlavə);

1.3. ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan I-XI sinifləri üçün tədris planı (4 nömrəli əlavə);

1.4. azsaylı xalqların dilləri öyrədilən ümumi təhsil müəssisələrinin müvafiq sinifləri üçün tədris planları (5, 6, 7 və 8 nömrəli əlavələr);

1.5. 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərdə qeyd olunan tədris planlarına dair qeydlər (9 nömrəli əlavə)".

Əmrə əsasən, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (Eşqi Bağırov) tapşırılsın ki, ümumi təhsil müəssisələrinin fəaliyyətinin müvafiq tədris planları əsasında təşkilinə nəzarət etməli, Elm və Təhsil Nazirliyi Aparatının Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsi (Rəşad Xanlarov) bu əmrin surətinin nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına göndərilməsini təmin etməli, Elm və Təhsil Nazirliyi Aparatının İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi (Səbuhi Rzayev) bu əmrin "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını və nazirliyin internet səhifəsində yerləşdirilməsini təmin etməli, əmrin icrasına nəzarət nazir müavini Həsən Həsənliyə həvalə olunmalıdır.

Son xəbərlər