Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Aparat rəhbəri: "Azad olunmuş ərazilərlə bağlı xüsusi hesabat hazırlanacaq"

23.09.2021 19:59 792
Aparat rəhbəri:
"İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvləri Azərbaycana 4 günlük səfərə gəliblər. Bu səfər Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın təşəbbüsü ilə həyata keçirilir".

Bunu Ombudsman Aparatının rəhbəri, İƏT-in Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü Aydın Səfixanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ombudsmanın dəvəti əsasında nümayəndə heyəti Azərbaycanda xüsusi faktaraşdırıcı missiya həyata keçirəcək: "Missiyanın əsas istiqamətləri işğaldan azad olunmuş yerlərə baxış keçirmək, orada 30 il ərzində erməni işğalçıları tərəfindfən dağıdılmış məscidlər, sosial obyektlər, ümumiyyətlə, vaxtilə gözəl vəziyyətdə olmuş Azərbaycan şəhərlərinin indiki vəziyyətini görməkdir.

Daha sonra 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisinə qarşı Ermənistan tərəfindən törədilmiş cinayətlər yerində araşdırılacaq. Tərtər şəhərinə səfər planlaşdırılır. Orada qadağan olunmuş silahlardan açılan atəş nəticəsində mülki əhaliyə dəyən zərər yerində araşdırılacaq.

Daha sonra Gəncəyə səfər ediləcək. Azərbaycanın ikinci böyük şəhərinə atılmış raket zərbələrinin nəticələri yerində araşdırılacaq. Bütün dünya tərəfindən, beynəlxalq sənədlərlə qadağan olunmuş minaların basdırılması ilə bağlı pozuntular da yerində araşdırılacaq".

Aparat rəhbəri qeyd edib ki, sonda xüsusi hesabat hazırlanacaq: "Bu hesabat İƏT-in Xarici İşlər Nazirlərinin Şurasına da təqdim olunacaq. Təmsil etdiyim komissiyanın BMT-nin müqavilə qurumları ilə də çox sıx əlaqələri var. Bu hesabat həmin qurumların da diqqətinə çatdırılacaq".скачать dle 11.3
Mojo.az Banner