Mojo.az Banner
13:22 Bakıda güclü külək səbəbindən AĞACLAR AŞIB  |     13:03 Neft kəskin UCUZLAŞDI  |     13:01 Dünya çempionatına start verilir: Azərbaycanın beş güləşçisi xalça üzərinə çıxacaq  |     12:46 Ceffri Epşteynin mirasının potensial varisinin adı məlum oldu  |     12:44 Məşhur meymun "Punch" bir yaşını qeyd edib  |     12:42 Samuxda 57 yaşlı çobanın meyiti tapıldı  |     12:33 Avropada həyəcan təbili: İsti hava dalğaları sürətlə artır  |     12:31 Qaytarıla bilməyən KREDİTLƏR BAĞLANA BİLƏR? - Yeni mexanizm hazırlanır  |     12:19 Kolumbiya Azərbaycan da daxil olmaqla 15 ölkədə səfirliyini bağlayacaq  |     12:17 İranla savaşda yaralanan ABŞ hərbçilərinin sayı AÇIQLANDI  |     11:51 Güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ  |     23:00 Ehtiyatlı olun! Ulduzlar bu bürclərə xəbərdarlıq edir  |     22:50 Ordumuzun giziri həlak oldu - FOTO  |     22:42 Bu universitet bağlanır? - Tələbələr narahatdır (VİDEO)  |     22:37 Anası tərəfindən zəncirləndiyi deyilən 17 yaşlı oğlan müəssisəyə yerləşdiriləcək  |     22:30 Ləğv olunan 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı  |     22:25 Yaylaq festivalında xəsarət alanların kimliyi məlum oldu (YENİLƏNİB)  |     22:16 Sumqayıtda qəzada ölən hakimin anası 1 milyon manat təzminat istəyib  |     22:11 Naxçıvanda 4 "Tiktoker" söyüşə görə saxlanıldı  |     22:02 Ağdamın iki kəndində güclü yanğın davam edir: Dörd rayondan qüvvələr cəlb olunub (Yenilənib)  |    
Left Banner
Right Banner

Nazir GUAM üzvlərini Azərbaycanın irəli sürdüyü minalarla bağlı bəyanata qoşulmağa çağırıb

22.09.2021 19:18 906
Nazir GUAM üzvlərini Azərbaycanın irəli sürdüyü minalarla bağlı bəyanata qoşulmağa çağırıb
"Regional bir təşkilat olaraq GUAM dayanıqlı sülhün və inkişafın təmin edilməsi üçün əhəmiyyətli bir platformadır. Əməkdaşlığımız paylaşılan öhdəliyə və beynəlxalq hüququn hamılıqla tanınmış qaydalarına və prinsiplərinə, qarşılıqlı etimada və bir birinin maraqlarına hörmətə əsaslanır. Bunlar ticarət və iqtisadi əməkdaşlıq, həmçinin insanlar arasında mübadilə də daxil olmaqla geniş sahələrdə əhəmiyyətli nailiyyətləri qeyd etməyə imkan verir".

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov GUAM Xarici İşlər Nazirləri Şurasının 37-ci iclasında çıxışında deyib.

Nazir qeyd edib ki, 2021-ci ildə, Gürcüstanın sədrliyi dövründə əməkdaşlığımızın əlaqələndirilmiş, fəaliyyət yönümlü və irəli baxan bir şəkildə daha da inkişaf etdirilməsi üçün ciddi səylər həyata keçirdik: "Düşünürəm ki, əməkdaşlığımız fəaliyyətlərin layihə yönümlü istiqamətini gücləndirməklə daha da inkişaf edə bilər. Ticarət, nəqliyyat, informasiya və kommunikasiya texnologiyaları (İKT) və turizm kimi sahələrdə birgə iqtisadi layihələrə ilk növbədə diqqət ayırmağa davam etmək lazımdır, çünki onlar pandemiyadan sonrakı dövrdə əməkdaşlıq üçün yeni imkanlar yaradacaqlar.

Sahəvi əməkdaşlığa gəldikdə isə, "Malların mənşə ölkəsini təyin edən qaydalar haqqında Protokol"un və GUAM Konsulluq Konvensiyasının imzalanması üçün lazım olan daxili proseduraları tamamlanmaqda olduğumuzu bildirməkdən məmnunam.

Azərbaycan həm regional, həm də bölgələrarası səviyyədə sülhün, təhlükəsizliyin, sabitliyin və rifahın təmin edilməsinə yönəlmiş “GUAM+” formatı çərçivəsində genişləndirilmiş əməkdaşlığın güclü tərəfdarı olaraq qalır. Azərbaycan bu gün imzalanması planlaşdırılan, lakin təəssüf ki, Xarici İşlər Nazirləri Şurasının növbəti iclasına təxirə salınan GUAM-İsrail Birgə Bəyannaməsini alqışlayır. Tərəfdaşlarımızla güclü əlaqələrimiz var, lakin digər tərəfdaşlarla əməkdaşlıq gündəmlərini yenidən nəzərdən keçirmək və işimizi ümumi prioritetlər əsasında tərtib etmək baxımından bütün tərəfdaşlarımızla əməkdaşlığı gücləndirmək üçün əlavə səylərə ehtiyac var.

GUAM Parlament Assambleyasının 13-cü sessiyasının kommünikesi beynəlxalq və regional parlamentlərarası assosiasiyaları ilə əməkdaşlığı davam etdirmək niyyətini bir daha təsdiq edir. Bu xüsusda, GUAM PA, digər dövlətlərlə ikitərəfli və çoxtərəfli səviyyədə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsini milli parlamentlər arasında dialoqu gücləndirmək, onların şəbəkələrini dərinləşdirmək və etimad mühiti yaratmaq vasitəsi olaraq nəzərdən keçirə bilər".

"Ümumi maraq kəsb edən sahələrdə BMT təşkilatları ilə sıx əməkdaşlığın qurulması dayanıqlılığı təmin etmək üçün milli səyləri gücləndirəcək və ölkələrimizin çağırışlara daha yaxşı cavab verməyə hazırlığını təmin edəcək. Bu baxımından layihələrin müvafiq beynəlxalq və regional təşkilatlarla birgə həyata keçirilməsinə daha çox diqqət yetirilməlidir.

Beynəlxalq təşkilatlar çərçivəsində maraqlarımızın irəlilədilməsində fəal əməkdaşlıq və qarşılıqlı dəstək vacib olaraq qalır. Əldə etdiyimiz müsbət təcrübəyə əsaslanmalıyıq. Bu baxımdan, GUAM üzv dövlətlərini Azərbaycanın irəli sürdüyü minaların insan hüquqlarına təsiri ilə bağlı bəyanata qoşulmağa və bununla bağlı Cenevrədəki daimi nümayəndəliklərinə təlimat verməyə dəvət edirik. Birgə bəyanat, Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının 48-ci sessiyasının gündəliyinin 4-cü bəndi çərçivəsində 24 sentyabr tarixində həmfikir ölkələr adından veriləcək", - o vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner