Mojo.az Banner
23:01 Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI  |     22:55 Qubada ağır QƏZA: 4 nəfər xəsarət alıb  |     22:48 Xaricə səyahət zamanı ultra varlıların həmişə aldığı 4 məhsul  |     22:43 Pedaqoji ixtisaslar ləğv edilir: Bəzi özəl universitetlər bağlana bilər?  |     22:34 Kivini İrandan 1,19, İtaliyadan 14 manata almışıq  |     22:27 Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video  |     22:22 İlk baxışda təsir edən 3 bürc: Xarizma, sirr və zəriflik  |     22:16 Bakıda bəzi evlər çökə bilər - XƏBƏRDARLIQ  |     22:01 Nazirdən Tural Kərimovla bağlı ƏMR  |     22:00 Ukrayna-Rusiya cəbhəsində atəşkəs başladı  |     21:58 Keçmiş ədliyyə naziri vəfat etdi  |     21:16 "İlham baba mənə "KamAZ" göndərdi" - Video  |     20:51 İmişlidə ev sahibi ilə birgə yandı  |     20:48 Türkiyədə zəlzələ oldu  |     20:48 Kür çayında suyun səviyyəsi artıb  |     20:27 22 yaşlı tiktoker də əxlaqsız paylaşıma görə CƏZALANDIRILDI  |     20:19 Məşhur reper xərçəngdən öldü  |     20:14 Gəncə Gömrük İdarəsinə yeni rəis təyin edildi  |     20:08 500 milyard dollarlıq qızıl ehtiyatlarını gizlədən nəhəng geoloji sistem  |     20:01 İctimai nəqliyyatda NFC problemləri: gecikmiş silinmələr niyə baş verir?  |    
Left Banner
Right Banner

Bakı metropoliteni xətdən çıxarılan 20 vaqonu utilizasiya edib

21.09.2021 22:40 825
Bakı metropoliteni xətdən çıxarılan 20 vaqonu utilizasiya edib
Bakı metrosunda istismar müddəti başa çatdığı üçün xətdən çıxarılan 20 vaqon utilizasiya edilib.

Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

O bildirib ki, istismar müddəti başa çatan metro qatarlarının utilizasiyası mərhələli həyata keçirilir: "Bakı metropolitenində istismar müddəti başa çatan qatarlar dərhal xətdən çıxarılır və əvəzinə yeni qatarlar xəttə buraxılır. Xətdən çıxarılan qatarlar barədə müvafiq sənədləşmə işləri aparılır və utilizasiya prosesinə başlanılır. Sonra vaqona baxış keçirilir. Bir vaqonun istifadə müddəti 31 ildir. Əgər vaqonun pnevmatik, elektrik və mexaniki hissələrinin istismar müddəti başa çatmayıbsa, həmin avadanlıqlar sökülərək ehtiyat bazada saxlanılır. Bundan sonra vaqon kəsilib doğranılır və metal qırıntısı kimi satılır".

B.Məmmədov bildirib ki, artıq ötən il xətdən çıxarılan 20 vaqon doğranaraq metal qırıntısı kimi satılıb: "Ötən il xətdən çıxarılan 20 vaqon bu il utilizasiya olunub. Bu il xətdən çıxarılan daha 19 vaqonun utilizasiyası ilə bağlı sənədləşmə prosesinə başlanılıb. Sənədləşmə başa çatandan sonra vaqonlar utilizasiya ediləcək".скачать dle 11.3
Mojo.az Banner