Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:01 Novxanıda gecə səs-küy yaradan iaşə obyektləri cərimələnib  |     16:45 Azərbaycanda adambaşına düşən nominal gəlir 3 333 manata çatıb  |     16:28 Azərbaycandan İsrail rəhbərliyinə MESAJ  |     16:25 Peskov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi  |     16:03 "Qumar kralı"nın işi ilə bağlı tutulan şəxs azadlığa buraxıldı  |     15:42 İsrail İranın raket hücumları nəticəsində zərər və itkiləri AÇIQLADI  |     15:35 "Kürd" ləqəbli tiktoker ev dustaqlığına buraxıldı  |     15:34 Olimpiadada Rusiyanı Fransa əvəzləyəcək  |     15:32 Əcnəbilərin İran ərazisindən Azərbaycana keçməklə təxliyə prosesi davam edir - FOTO  |     15:17 Pensiyadan vaxtından əvvəl istifadə imkanı: Özəl fondların xüsusiyyətləri  |     15:15 Bakıda 62 yaşlı kişi tanışını bıçaqladı  |     14:46 Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək  |     14:35 "Sabah" daha iki məşqçisi ilə yolları ayırdı  |     13:54 Şirvanda yaşayış binası yandı  |     13:26 İran İsrailə hücumda ilk dəfə müasir şaquli buraxılış raketlərindən istifadə edib  |     13:12 İsmayıllıda oğul atasını söyüşə görə bıçaqlayıb? - TƏFƏRRÜAT  |     13:01 Vasif Talıbovun yaratdığı fond LƏĞV EDİLDİ  |     12:53 Masallıda 40 yaşlı kişi istirahət mərkəzində öldü  |     12:50 ABŞ bunker bombalarını gündəmə gətirdi: İsrail vasitəsilə İrana təzyiq ssenarisi  |     12:44 "Benfika" - "Boka Xuniors" görüşündə qalib müəyyən olunmadı  |    

Los-Ancelesdə Üzeyir Hacıbəyliyə həsr olunan qısa film hazırlanıb

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu Üzeyir Hacıbəylinin 18 sentyabr doğum günü münasibətilə dahi bəstəkara həsr olunmuş ingilis dilində qısa film hazırlayıb.

Konsulluqdan verilən məlumata görə, filmdə Ü.Hacıbəylinin 1885-ci ildə Qarabağda anadan olduğu və Azərbaycan musiqisinin beşiyi olan Şuşa şəhərində boya-başa çatdığı qeyd olunur.

Onun məhz Şuşada muğam musiqisini öyrəndiyi və gələcək bəstələrində bundan istifadə etdiyi vurğulanır. 1908-ci ildə o zaman 23 yaşı olan Ü.Hacıbəylinin müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının Bakıda səhnəyə qoyulduğu diqqətə çatdırılır.

Ü.Hacıbəylinin 1913-cü ildə ilk dəfə səhnələşdirilən “Arşın mal alan” operettasının qadın hüquq və azadlıqlarını ön plana çəkərək təbliğ etdiyi və digər ölkələrdə də geniş rəğbət qazandığı bildirilir.

Həmçinin Azərbaycan Demokratik Respublikasının 1918-20-ci illərdəki qısamüddətli fəaliyyəti dövründə Ü.Hacıbəylinin Azərbaycanın müstəqilliyinin ən böyük tərəfdarlarından olduğu vurğulanır. Onun müstəqil Azərbaycanın Dövlət Himnini bəstələdiyi qeyd olunur. Filmdə Ü.Hacıbəylinin 1920-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının əsasını qoyduğu və ölkəmizin ən görkəmli bəstəkarlarını yetişdirdiyi bildirilir. Bu səpkidə həmin dövrə aid nadir şəkillər rəngli formatda nümayiş etdirilir.

1945-ci ildə “Arşın mal alan” operettasının əsasında ilk filmin hazırlandığı, daha sonra bu filmin 86 dilə tərcümə olunaraq 136 ölkədə nümayiş etdirildiyi diqqətə çatdırılır. Heydər Əliyev Fondu tərəfindən rəngli formatda bərpa edilən “Arşın mal alan” filminin 2015-ci ildə Hollivudda premyerasının keçirildiyi, “Arşın mal alan” operettasının isə ABŞ-da tarixdə ən böyük nümayişinin 2013-cü ildə Los-Ancelesdə baş tutduğu qeyd olunur. 2015-ci ildə Los-Anceles merinin 18 sentyabr tarixini bu şəhərdə Ü.Hacıbəylinin anım günü kimi elan etməsi əks olunur və bununla bağlı imzalanmış bəyannamə nümayiş etdirilir. 2013-cü ildə Google şirkəti tərəfindən Ü.Hacıbəylinin doğum gününün qeyd olunduğu vurğulanır.

Filmdə Ermənistan silahlı qüvvələrinin 1992-ci ildə Şuşanı işğal etdiyi, Ü.Hacıbəylinin ev muzeyini və abidələrini talan edərək dağıtdığı bildirilir. 2020-ci ildə Azərbaycanın Şuşanı işğaldan azad etdiyi, Ü.Hacıbəylinin abidələrini şəhərə geri qaytardığı və hazırda onun ev muzeyinin bərpa olunduğu diqqətə çatdırılır. Sonda Ü.Hacıbəylinin möhtəşəm irsinin Azərbaycanda və ölkəmizin hüdudları xaricində daim yaşadığı vurğulanır.

Qeyd edək ki, sosial şəbəkələrin inkişafı nəzərə alınaraq effektiv təbliğat işində son illərdə qısa filmlərin önəmi olduqca artıb. Bunu nəzərə alaraq, 2019-cu ildən başlayaraq, Los-Ancelesdəki Baş Konsulluğumuz Azərbaycana dair müxtəlif mövzularda 27 film hazırlayaraq geniş şəkildə yayıb. Filmlərin bir çoxu dünyanın digər aparıcı dillərinə də tərcümə olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 047 18.09.21 17:51