Mojo.az Banner
11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Qəbələdə üç nəfərin ölümünə səbəb olan sürücü həbs edildi

15.09.2021 13:19 729
Qəbələdə üç nəfərin ölümünə səbəb olan sürücü həbs edildi
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi törətməklə üç nəfərin ölümünə səbəb olan və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, mayın 5-də Qəbələ rayonu Savalan kəndi ərazisində Tərlan Eyyubovun idarə etdiyi “Mercedes” və Nəsib Yusifovun idarə etdiyi VAZ-2107 markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü və iki sərnişini həyatını itirib, digər üç sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin olunub. Aparılan istintaqla hadisənin Tərlan Eyyubov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozularaq törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.

O, əvvəlcə məsuliyyətdən yayınmaq üçün əsassız bəhanələr gətirib, hətta ölən sürücünün yaxınlarından avtomobilinə dəyən zərərin ödənilməsini tələb edib. Daha sonra öz əməlindən xəbərdar olan Tərlan Eyyubov istintaqdan yayındığı üçün onun barəsində axtarış işi açılıb.

Qəbələ Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin şəxs saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner