Mojo.az Banner
23:00 Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə İŞIQ OLMAYACAQ  |     22:43 “100 dollar götürdük, çox utanırdım” - Emindən maraqlı etiraf  |     22:22 "Zirə" braziliyalı futbolçunu heyətinə qatdı  |     22:06 Reper Diddinin həbs müddəti azaldıldı  |     21:55 Nərimanov rayonunda 15 bina söküləcək  |     21:49 Türkiyədə keçmiş nazirin şübhəli ölümü ilə bağlı bir nəfər saxlanıldı  |     21:44 Bakıda məşhur istirahət mərkəzi müsadirə olunaraq hərraca çıxarıldı - 5 milyon manata  |     21:36 Gəncədə torpaq satışı adı ilə 48 min manatlıq dələduzluq  |     21:31 İran toy mərasiminə hücumun araşdırılması üçün BCM-yə müraciət edi  |     21:25 Azərbaycanda ötən il 1 yaşadək 1 312 uşaq ölüb  |     21:18 Azərbaycanda vakansiyaların yarıdan çoxu bu sahədədir  |     21:13 Reanimasiyada olan Xalq artistinin həyat yoldaşı Prezidentlə xanımına təşəkkür etdi  |     21:06 Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl edilməlidir - AQTA (VİDEO)  |     21:01 AFFA 4 klubu cərimələdi  |     20:53 "Bu evlərin rəsmiləşdirilməsi büdcəyə 500 milyon manat gətirəcək" - İqtisadçı  |     20:48 19 aptekdə nöqsanlar aşkarlandı  |     20:40 Bu küçədə aparılan təmir və dəyişikliklər sakinlərin narazılığına səbəb oldu - VİDEO  |     20:35 Azərbaycanda bu şəxslərin də maaşı arta bilər  |     20:27 Azərbaycan çempionatında IV turun hakim təyinatları  |     20:22 Bu özəl bağçalara dövlət dəstəyi veriləcək - SİYAHI  |    
Left Banner
Right Banner

Əfqanıstana 1,1 milyard dollardan çox ianə vəd edilib

13.09.2021 23:28 981
Əfqanıstana 1,1 milyard dollardan çox ianə vəd edilib
"BMT-nin İsveçrənin Cenevrə şəhərində nazirlər səviyyəsində keçirdiyi Əfqanıstana humanitar yardım konfransında 1,1 milyard ABŞ dollarından çox ianə vəd edilib”.

Median.Az "Report"a istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik mətbuata açıqlamasında bildirib.

Stefan Dujarrik
Stefan Dujarrik
O, ianələrin dəqiq sayının bu gün başa çatacaq konfransdan sonra açıqlanacağını deyib.

Konfransa BMT-yə üzv olan 96 ölkənin nümayəndələrinin qatıldığını deyən Stefan Dujarrik BMT-nin baş katibi Antonio Quterreşin beynəlxalq birliyin Əfqanıstan xalqına humanitar yardım mexanizmini aktivləşdirmək səylərindən məmnun olduğunu dilə gətirib:

"Bu gün başlayan konfransın açılışında çıxış edən Baş katib beynəlxalq ictimaiyyətə çağırış edərək bu ilin sonuna kimi Əfqanıstanda təxminən 11 milyon insana 606 milyon dollarlıq humanitar yardım istəyib. Əfqanıstanda 38 milyon insanın yardıma ehtiyacı var. BMT rəsmiləri hər üç əfqan vətəndaşından birinin növbəti yeməyinin haradan alınacağını bilmədiyini söyləyir. Yaşı 5-dən az olan əfqan uşaqların təxminən yarısının qarşıdakı 12 ay ərzində qida çatışmazlığı ilə üzləşə biləcəyi təxmin edilir”.скачать dle 11.3
Mojo.az Banner