Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Kənan Quluzadə: "Azərbaycan bazara yeni turizm məhsulları çıxaracaq"

07.09.2021 20:14 1 467
Kənan Quluzadə:
“Bizim üçün “OTDYKH Leisure 2021” beynəlxalq sərgi-forumu çox səmərəli platformadır, burada Azərbaycanın nəinki işğaldan azad olunmuş Qarabağ, həm də başqa bölgələrinin turizm imkanlarını təqdim edə bilərik. Əcnəbilərin buna marağını görürük”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

“Turizm sektorumuz koronavirus (COVID-19) pandemiyasından çox ziyan çəksə də, birtəhər davam gətirə bildik. Bu ilin yanvar ayına qədər turizmdə bir növ fasilə götürdük. Əhalinin peyvəndlənməsi böyük əhəmiyyət daşıyır. Hər halda əhvalımızı pozmur, bu sahənin gələcəyinə böyük ümidlər bəsləyirik. 2023-cü ilə qədər vəziyyətin düzələcəyinə inanırıq”, - deyə o, qeyd edib.

Agentlik rəsmisi həmçinin deyib ki, Azərbaycan qlobal turizm bazarında rəqabət aparmaq üçün yeni məhsullar təqdim edəcək: “Hazırda bizim bazardakı rəqiblərimiz təkcə qonşularımız deyil. Artıq başqa ölkələrin vətəndaşları üçün də hava sərhədlərinin açıldığını görürük. Bununla belə, daxili turizmi inkişaf etdirmək niyyətindəyik. Bu ildən quruculuq işlərinin görüldüyü Qarabağa da gələcəkdə həm yerli, həm də əcnəbi turistlər cəlb olunacaq”.скачать dle 11.3
Mojo.az Banner