Mojo.az Banner
23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |    
Mojo.az Avto
Mojo.az Avto

BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib

06.09.2021 20:07 960
BSU-nun sabiq şöbə müdirinin məhkəməsində şahidlər dindirilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Şahid Elnarə Hüseynova bildirib ki, BSU-ya ikinci ali təhsil üçün müraciət edib, universitetdə D.Əliyevanın yanına yönləndirilib: “O, mənə II kursdan başlayacağımı, oxumadığım bir ilə görə isə əlavə 2 min manat pul verəcəyimi söylədi. Dürdanə Əliyevayanın özünə 2 min manat birbaşa kabinetində, əlavə iki dəfəyə isə 4 min manat bank hesabına köçürdüm. Bankda pulu köçürəndə BSU-nun yox, Dürdanə Əliyevanın şəxsi hesabı oluğunu gördük”.

Daha sonra digər şahid Sevinc İbrahimova dindirilib. O qeyd edib ki, D.Əliyevaya kabinetində təhsil haqqı kimi 4500 manat verib: “Bir müddət sonra mənə universitetdən zəng gəldi. Dedilər ki, 3400 manat da borcum var”.

Şahidin ifadəsinə D.Əliyevanın vəkili etiraz edib. O söyləyib ki, S.İbrahimovanın ibtidai istintaqa verdiyi ifadələri ilə məhkəmədəki ifadələri arasında ziddiyət var. Vəkilin sözlərinə görə, şahid ilkin ifadəsində D.Əliyevaya verdiyi pulun 3 min manatını "şapka" kimi verdiyini deyib.

Məhkəmənin növbəti iclası sentyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.скачать dle 11.3
Mojo.az Banner