Mojo.az — elanlar
Son Xəbərlər
21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |     20:50 Bu obyekt piyada səkisinin üzərində inşa edilib? - VİDEO  |     20:42 Məhkəmə bacısının qızılını oğurlayan qardaşa bu cəzanı verdi  |     20:37 Bu şəxslər pensiyaya daha tez çıxa bilər  |     20:30 Dünyada ilk - Marsın peykindən Yerə torpaq gətirilir  |     20:22 Qonaqlara iylənmiş ət verən "Çıraq Palace"da yoxlama - Nöqsanlar üzə çıxdı (VİDEO)  |     20:16 Bəzi ərazilərdə su kəsiləcək  |     20:13 Səfərbərlik Xidmətinin iki sabiq şöbə rəisi həbs olundu  |     19:39 Sabah iki rayonda qaz olmayacaq  |     19:34 Bakıda yeni mikrorayon salına bilər: Necə adlanacaq?  |     19:29 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Video  |     19:19 Prezident Azərbaycan və BMT İqlim Katibliyi arasında memorandumu təsdiqləyib  |     18:48 Repçi Navai Rusiyada cəzalandırılacaqmı? - Vəkildən açıqlama  |     18:33 Bakıda üç marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     18:03 Məktəbdə şagirdlər arasında dava düşdü, biri xəstəxanalıq oldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var

27.07.2021 12:44 1 602
Bakı Slavyan Universitetinin rüşvət alan şöbə müdirindən xəbər var
Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əli Məmmədovun icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində Bakı Slavyan Universiteti tanınıb.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi çoxsaylı şikayətlər əsasında araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Son xəbərlər