Mojo.az Banner
23:02 Restoranlarda gizli "tələ": Müştərilərdən artıq pul necə alınır? - Video  |     22:57 Bakıda yeni “moll” tikiləcək  |     22:48 Həcc ziyarətinə getmək istəyənlərin nəzərinə  |     22:43 Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı  |     22:37 Çəpiş əti neçəyə satılır və tələbat varmı? (Video)  |     22:30 Daşınmaz əmlakın sığortası: Vətəndaş niyə maraqlı deyil?  |     22:24 Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən uşaqlardan biri Bakıya təxliyə olundu  |     22:19 Ötən gün 40 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     22:13 Kosmosda qonşu rəqabəti: Mask və Bezos orbitdə üz-üzə gəlir  |     22:00 Yardımlıya dolu düşüb, bu ərazilərə qar yağır  |     22:00 Bakı-Xırdalan-Sumqayıt qatarlarının hərəkətinə mane olan təmir işləri nə vaxt yekunlaşır? (VİDEO)  |     21:54 Müəllimlərin əməkhaqları yenidən arta bilər - Yeni təklif (Video)  |     21:49 Dünyada ərzaq ucuzlaşır, Azərbaycanda isə bahalaşır: Səbəbi nədir?  |     21:41 Azərbaycanın olimpiada tarixində ilkə imza atmışdı – MIT-ə qəbul oldu  |     21:36 Xalq artistləri işdən çıxarılıb: Opera və Balet Teatrında nə baş verir?  |     21:28 "Qarabağ"ın rəqibinə 4 cavabsız qol vuruldu  |     21:20 Dağıstanda təhlükəli virusla bağlı təcili peyvəndləmə başladı  |     21:15 İsrail Müdafiə Nazirliyinin yaxınlığında kasetli sursat partlayıb  |     21:09 Sumqayıt xəstəxanasında insident: Vətəndaşlarla işçilər arasında əlbəyaxa dava olub?  |     21:01 "Bu rejim gec-tez süqut edəcək" - İsrail XİN  |    
Left Banner
Right Banner

İcra başçısı xarici sahibkarın ailəsinə təzyiq edir? - AÇIQLAMA

06.09.2021 11:51 732
İcra başçısı xarici sahibkarın ailəsinə təzyiq edir? - AÇIQLAMA
Əcnəbi vətəndaş Yevlax Rayon İcra Hakimiyyətindən narazıdır.

Edit Arxadyevna adlı İsrail vətəndaşı Oxu.Az-ın redaksiyasına müraciət edərək bildirib ki, 11 ailə üzvi ilə Yevlaxda yaşayırlar, gəlir yerləri olan karxananın işləməsinə maneə olunur:

“Bizə uzun müddətdir Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev tərəfindən təzyiqlər olur. Nəticədə 11 yəhudi ailəsi işsizdir. Mənim 70-dən yuxarı yaşım var və üç dəfə qəbuluna getmişəm, amma icra başçısı məni qəbul etmədi”.

O iddia edib ki, Anar Tagıyev onun kürəkənini qəbula çağıraraq bərabər işləmək təklif edib:

“Bizi qəbul etmədikdə isə ailəmizin tək gəlir yerini təzyiq edərək bağlatdırıb. Dəfələrlə bizdən rüşvət tələb edib”.

Məsələ barədə Yevlax Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

İH-dən Oxu.Az-ın sorğusuna cavab oalraq bildirilib ki, adı çəkilən karxana faktiki olaraq müraciət edən Edit Arxadyevnanın kürəkəni Mirzəyev Cavanşir Məhəmmədəli oğluna məxsusdur:

“Karxana C.Mirzəyev tərəfindən işlədilib, müqavilə müddəti 2021-ci ilin martin 3-də bitib. Ölkə ərazisində fəaliyyət göstərən qum-çınqıl karxanalarının respublikanın ekoloji təhlükəsizliyinə və infrastruktur obyektlərinə mənfi təsirinin təhlili və təkliflərin verilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2017-ci il tarixli 17/2322-31/12/10 nömrəli tapşırığına əsasən Fövqaladə Hallar Nazirliyinin çağırışı ilə yaradılıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər adiyyəti qurumların mütəxəssislərindən ibarət komissiya tərəfindən yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə qeyd olunan karxanalarda və çay hövzələrində 12 iyun 2017-ci il tarixdən 31 iyul 2017-ci il tarixədək monitorinq keçirilmiş və müvafiq araşdırma işləri aparılıb.

Araşdırma zamanı məlum olub ki, qum karxanasının sahibi normativ şərtlərə riyayət etməyərək, iki ədəd torpaq sovuran qurğunu Kür çayının məcrasında quraşdırıb, çayın yatağının sahil boyu genişlənməsi müşahidə olunub və ekoloji tarazlığın pozulması təsdiqlənib. Sahibkar tərəfindən eyni zamanda istismar norma və qaydalara əməl olunmadığından Kür çayında fauna və floraya ziyan vurulduğu müəyyən edilib”.

“Qeyd olunanlarla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib, hazırda fakt əsasında Cinayət Məcəlləsinin 255.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmış, istintaq davam etdirilir. C.Mirzəyev müqavilə vaxtının başa çatmasına baxmayaraq fəaliyyətini davam etdirib.

Eyni zamanda, C.Mirzəyev digər ərazidə Dövlət Meşə Fonduna məxsus ərazidə qeyri qanuni olaraq qum hasilatı ilə məşğul olub, Yevlax Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərini hədələyib şər-böhtan ataraq qanunsuz istifadə etdiyi əraziyə sənəd verilməsini tələb edib.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyati qurumları tərəfindən C.Mirzəyevin gördüyü qanunsuz işlər araşdırılır.

Məsələ ilə əlaqədar müxtəlif instansiyalara müraciət edən C.Mirzəyevin qayınanası Edit Arxadyevna, Quba rayonundan Azərbaijan Jewish Medianın direktoru və Sumqayıt Yahudilərinin dini icma təsisçisi kimi təqdim edən Nasimi Abilov Yevlax Şəhər İcra Hakimiyyətinə dəvət edilib, onlara aidiyyəti üzrə məsul şəxslər tərəfindən izah edilib ki, C.Mirzəyevin sənəd tələb etdiyi ərazi Dövlət Meşə Fonduna aiddir, Şəhər İcra Hakimiyyətinə aid deyil”, - deyə qurumdan qeyd edilib.скачать dle 11.3
Mojo.az Banner