Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Taliblərin “qələbəni qeyd etməsi” 17 nəfərin ölümünə səbəb oldu

04.09.2021 15:43 1 818
Taliblərin “qələbəni qeyd etməsi” 17 nəfərin ölümünə səbəb oldu
Əfqanıstanın Kabil şəhərində taliblərin havaya atdıqları atəş nəticəsində azı 17 nəfər ölüb, 41 nəfər yaralanıb.

Daha əvvəl dörd nəfərin öldüyü və yeddi nəfərin yaralandığı bildirilmişdi. “Taliban” sözçüsü və şahidlər bildiriblər ki, yaraqlılar hərəkatın nəzarətində olmayan Pəncşir əyalətini ələ keçiriblər və havaya açılan nizamsız atəşlə qələbəni qeyd ediblər. Hadisə zamanı xeyli sayda insan həyatını itirib.

Hərəkat rəhbərliyinin nümayəndələri tərəfdarlarını atəşi dayandırmağa çağırıb.

Son xəbərlər