Mojo.az Banner
14:07 Bakıya dayanmadan yağış yağacaq  |     14:02 Naftalanda hoteldən əcnəbinin meyiti tapıldı  |     13:50 Şəkidəki hadisə Ermənistanda generalın istefasına səbəb oldu: Növbə MN-dədir  |     13:43 Ağsuda 40 yaşlı kişi qayınanasını döydü  |     13:24 Sabirabadda 17 yaşlı oğlan 14 yaşlı qızı qaçırdı  |     13:24 Azərbaycanda inşa edilən ilk beynəlxalq yük hava limanının açılış tarixi məlum olub  |     13:23 Qubada 60 yaşlı kişi faciəli şəkildə öldü  |     13:22 Astarada maşın dərəyə aşdı: Ölən var  |     13:14 Borclunun yeganə evi satıla bilərmi? – Hüquqşünasdan AÇIQLAMA  |     13:00 14 yaşlı qızın videolarını yayan şəxs həbs edildi  |     12:52 "70 cür yemək yeyirlər, sonra zəhərlənirlər" – Mütəxəssis  |     12:45 Pendir istehsal edən sexin vəziyyəti təəccübləndirdi - Video  |     12:43 Rəsmi Bakıdan şəhidimizin adını daşıyan gəmiyə dron hücumu məsələsinə reaksiya  |     12:39 Əli Əsədovdan cərimə duracaqları və qarajlarla bağlı mühüm qərar  |     12:37 Sahibkarlara maliyyə yardımı ilə bağlı yeni qərar  |     12:33 Azərbaycan nefti bahalaşıb  |     12:22 UEFA Millətlər Liqasında günün oyunları: Xorvatiya İspaniyaya qarşı  |     12:21 Zəngilanda dəhşət: Fəhlələri daşıyan mikroavtobus qaynaqçını vuraraq öldürdü  |     11:55 Həccə gedəcək zəvvarların nəzərinə: Yeni tələblər olacaq - Video  |     11:53 Fransada məktəblilərin etirazları: 190-dan çox şagird yaralanıb  |    
Mojo.az Avto
Mojo.az Avto

“YAŞAT” Fondu orta məktəbdə təhsil alan şəhid övladları üçün xüsusi layihəyə start verdi

03.09.2021 16:00 1 395
“YAŞAT” Fondu orta məktəbdə təhsil alan şəhid övladları üçün xüsusi layihəyə start verdi
Yeni tədris ilinin başlanması ilə əlaqədar “YAŞAT” Fondu tərəfindən bütün şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırılır.

Fonddan verilən məlumata görə, hədiyyə qutusuna çanta, termos, qələm qabı, hər sinfə uyğun məntiq və bədii kitablar, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxətt qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, bayraq stikeri, kitab altlığı, kağız kley, flomaster, rəngli karandaş, qayçı və pozan dəsti, qeyd kitabçası daxildir.

Əlavə hədiyyə olaraq ləvazimat dəstinə ibtidai siniflər üçün “Lego” oyun qutusu, 5-8-ci siniflər üçün “Puzzle”, 9-11-ci siniflər üçün şahmat daxil edilib.

Hər bir hədiyyə qutusunda bir illik müddət üçün nəzərdə tutulmuş məktəbli ləvazimatları yer alıb.

Respublika ərazisini əhatə edən layihə çərçivəsində 900-ə yaxın hədiyyə qutusu hazırlanıb. Hədiyyələr 494-ü oğlan, 376-sı qız olmaqla 870 məktəbliyə çatdırılacaq.скачать dle 11.3
Mojo.az Banner