Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Ramin İbrahimov: "Paracüdoçulara Şuşanın azad olunması barədə danışırdım"

01.09.2021 20:40 1 212
Ramin İbrahimov:
"Həqiqətən sevincli və qürurluyuq. Bizim qızlarımız Yaponiyanın paytaxtı Tokiodakı Yay Paralimpiya Oyunlarında çox yaxşı çıxış etdilər".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycanın qadınlardan ibarət paracüdo üzrə milli komandasının baş məşqçisi Ramin İbrahimov Bakıdakı qarşılanma zamanı deyib.

43 yaşlı mütəxəssis bu yarışadək çox uzun yol qət etdiklərini bildirib: "Çox çətin yollardan və pandemiya dönəmindən keçdik. Mən də 3 dəfə paralimpiadalarda iştirak etmişəm. 4-cü dəfə isə məşqçi kimi qatıldım. Yay Olimpiya və Paralimpiya Oyunlarında zəif idmançı yoxdur. Burada əsas psixoloji hazırlıq önəmlidir. Həmişə şəhidlərimiz haqqında, Şuşanı işğaldan azad etməyimiz barədə qızlara danışırdım. Təlim-məşq toplanışlarında söyləyirdik ki, siz qalib ölkənin idmançılarısınız. Ona görə də möhtəşəm nailiyyət əldə etdik. 6 çəki dərəcəsinin 4-də bizim qızlar qızıl medal qazandı. Yaponlar və digər ölkələrin nümayəndələri bizim qızlarla maraqlanırdı. Onlara dedik ki, qələbəmizin birinci simvolu qalib dövlət olmağımızdır. Qarşılanma mərasimindən sonra isə ilk növbədə şəhidlər xiyabanını ziyarət edəcəyik".

Qeyd edək ki, Tokio-2020 Yay Paralimpiya Oyunlarında Azərbaycanın qadın paracüdoçuları Şəhanə Hacıyeva (48 kq), Sevda Vəliyeva (52 kq), Xanım Hüseynova (63 kq) və Dürsədəf Kərimova (+70 kq) qızıl medal qazanıb.

Son xəbərlər