Mojo.az Banner
13:44 Sabunçuda lombarddan 22 min manatlıq oğurluq edilib  |     13:12 Azərbaycanda ov mövsümü başlayır - Tarix açıqlandı  |     12:57 Azərbaycandan Ukraynaya humanitar yardım göndərildi  |     12:38 Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq  |     12:28 Məhkəmə ekspertizası ilə bağlı qaydalar dəyişir: Bir istisna var  |     11:47 Azərbaycanda daha bir qida məhsulunun qiyməti kəskin artdı - Video  |     11:34 Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlayacaq?  |     11:29 Uşağın ürəyi qəfil dayana bilərmi? – Kardioloqdan XƏBƏRDARLIQ  |     11:26 Kənd yumurtası buna görə bahalaşıb – AÇIQLAMA  |     11:03 Bakıda qadın qətlə yetirildi - Əri saxlanıldı  |     23:01 Əsgərlikdən yeni qayıdan gəncin qanını tökdülər - Video  |     22:55 Qatarla Azərbaycana gələn və gedən əcnəbilərin sayı açıqlandı  |     22:47 ChatGPT-nin yazdığı mətnlərə görünməz işarələr əlavə edilir  |     22:39 Şəkər xəstəliyi ən çox bu yaşda və bu səbəblə yaranır - XƏBƏRDARLIQ  |     22:34 Qaradağda saxlanılan daha bir məmura HÖKM OXUNDU  |     22:26 "Formula 1" yaxından izləmək üçün hasardan tullandı - Həbs edildi  |     22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıdan İstanbula avtobus reysləri olacaq? - Rəsmi açıqlama

31.08.2021 17:02 987
Bakıdan İstanbula avtobus reysləri olacaq? - Rəsmi açıqlama
Bakı Beynəlxalq Avtovağzalından Bakı-İstanbul-Bakı müntəzəm reyslərinin fəaliyyət ilə bağlı həqiqəti əks etdirməyən elanlar yayılıb.

Median.Az
Trend-ə istinadən bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova açıqlama verib. O bildirib ki, həmin elanlarda hətta tarif qiymətinin 144 AZN olduğu qeyd edilib.

"Bu məlumat tamamilə yanlışdır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən İstanbula heç bir müntəzəm marşrut xətti yoxdur. Pandemiya ilə əlaqədar olaraq daxili sərnişindaşıma bərpa olunsa da, beynəlxalq sərnişindaşımanın bərpası ilə bağlı qərar verilməyib. Gürcüstan, Türkiyə və digər istiqamətlərdə hələlik avtobusla sərnişindaşıma mümkün deyil. Lakin bu il iyulun 17-də Nazirlər Kabinetinin müvafiq qərarı ilə İran üzərində keçməklə Naxçıvana avtobusla səfərlər təmin olunub. Daşıyıcılardan biri Bakı Avtovağzal Kompleksindən Türkiyəyə getmək istəyən sərnişinlərə Naxçıvan üzərindən bilet almalarını tövsiyə edib. Bildirib ki, Naxçıvandan İğdıra və Türkiyənin digər şəhərlərinə gedə bilərlər. Bu, yaxşı bir şeydir. Bizim Naxçıvan üzərindən müntəzəm marşrutlarla gediş-gəlişimizin sayı artıb. Amma, əziz sərnişinlər, Naxçıvan üzərindən Türkiyənin hansısa şəhərlərinə səfərlərin olub-olmaması ilə bağlı məlumatı verən qurum Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyil. Bu barədə məlumatı yalnız Naxçıvanla bağlı aidiyatı qurumun səhifəsindən, saytından öyrənə bilərsiniz. Qeyd etdiyim kimi bütün hallarda Bakıdan nə Türkiyəyə, nə Gürcüstana birbaşa belə səfərlər yoxdur".скачать dle 11.3
Mojo.az Banner