Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakı Beynəlxalq Avtovağzal Kompleksindən haqqında yayılan iddialara RƏSMİ AÇIQLAMA

30.08.2021 23:35 1 092
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən haqqında yayılan iddialara RƏSMİ AÇIQLAMA
Bakı Beynəlxalq Avtovağzal Kompleksi sosial şəbəkələrdə yayılan xəbərlərə münasibət bildirib.

Ölkə.az xəbər verir ki, qurumdan bildirilib ki, son vaxtlar müxtəlif sosial şəbəkələrdə vətəndaşların Bakı Beynəlxalq Avtovağzalından İran İslam Respublikası və Naxçıvan Muxtar Respublikasının ərazisindən keçməklə Türkiyə Cümhuriyyətinə - İstanbul şəhərinə avtobus vasitəsilə aparılmasına dair xəbərlərə - elanlara rast gəlinir:

“Rəsmi qaydada bildiririk ki, Bakı Beynəlxalq Avtovağzalından Türkiyənin İstanbul şəhərinə sərnişindaşıma haqda yazılanların heç bir hüquqi əsası yoxdur. Bakı-İstanbul-Bakı marşrutu digər beynəlxalq marşrutlar kimi hazırda fəaliyyət göstərmir. Vətəndaşlardan xahiş olunur ki, bu tipli yalan məlumatlara inanmamaqla özlərini və yaxınlarını bu kimi səyahətlərdən yayındırsınlar. Hazırda avtovağzaldan respublikanın regionlarına sərnişindaşıma fəaliyyəti ilə məşğul olan marşrutlar haqqında ətraflı məlumatı (Onlayn bilet sifarişi də daxil olmaqla) avtovagzal.az saytından ala bilərsiniz”.

Son xəbərlər