Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Rentgen və KT müayinəsində şüa yükünə məruz qalma göstəricisi açıqlanıb

30.08.2021 20:16 1 233
Rentgen və KT müayinəsində şüa yükünə məruz qalma göstəricisi açıqlanıb
“Asimptomatik COVID-19 xəstələrində radioloji müayinələrin skrininq test kimi tətbiqi rutin göstəriş sayılmır”.

Bunu Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası və terapiyası kafedrasının müdiri, tibb elmləri doktoru Məlahət Sultanova deyib.

O bildirib ki, zəif (yüngül) simptomatika qrupunda olan COVID-19 xəstələrində xəstəliyin proqressivləşmə riski olmadığı hallarda radioloji müayinələrin aparılması göstəriş sayılmır: “COVID-19 orta və ağır qruplarında olan xəstələrdə onlarda aparılmış testlərin nəticələrindən asılı olmayaraq radioloji müayinələrin aparılması göstərişdir. Radioloji müayinələr COVID-19 xəstələrində respirator statusun pisləşdiyi hallarda göstəridir”.

Kafedra müdiri qeyd edib ki, torakal KT müayinəsinin aparılmasına məhdudiyyətlər olduğu zaman və respirator statusun pisləşməsi KT müayinəsini tələb etmədikdə COVID-19 xəstələrində RQ müayinəsi aparıla bilər: “Döş qəfəsi RQ müayinəsinin vəziyyəti stabil olan intubasiya olunmuş xəstələrdə gündəlik aparılması göstəriş deyil. Koronavirus xəstələri sağaldıqdan sonra funksional çatışmazlıq və ya hipoksiya hallarında KT müayinəsinin aparılması göstərişdir. KT müayinəsində COVID-19 görüntüsünə səciyyəvi olan əlamətlərin təsadüfi aşkar edildiyi hallarda müvafiq testin aparılması göstərişdir”.

“COVID-19 pnevmoniyasının diaqnostikasında və menecmentində radioloji müayinələrdə izlənilən əlamətlər yüksək informativ əhəmiyyətə malikdir. COVID-19 pnevmoniyasının əsas kriterisi daha yüksək tezlikdə aşkar edilən bilateral periferik fokal və ya multifokal buzlu şüşə görüntüsü hesab edilir. İlk 2 gün ərzində KT, 4-6 gün ərzində RQ müayinəsinin nəticələri neqativ ola bilər. KT müayinəsi PCR testin mənfi olduğu bəzi hallarda COVID-19 pnevmoniyasının mövcud olmasını göstərə bilər. Rentgenoqrafiya müayinəsinin həssaslığının aşağı olmasına baxmayaraq, hər bir xəstədə aparılması məsləhətdir və dinamik müşahidələrdə istifadəsi əlverişlidir.

Əsas vacib məqam ondan ibarətdir ki, xəstələr test analizi pozitiv olan hallarda panikaya düşərək KT və ya rentgen müayinəsindən keçməyə israr edirlər. Bir daha qeyd etmək istəyirəm ki, panikaya düşmədən ev şəraitində respitarot status (saturasiya göstərici) dəyərləndirilsin və bu göstəricinin 93% və daha aşağı olan hallarında radioloji müayinələrdən keçmək məsləhətdir. Nəzərə almaq lazımdır ki, xəstə döş qəfisinin rentgen müayinəsində 0,1mZv (illik təbii şüalanma ilə müqayisədə 10 günlik), KT müayinəsində isə 6,1mZv ( illik təbii şüalanma ilə müqayisədə 2 illik) şüa yükünə məruz qalır” – deyə mütəxəssis əlavə edib.скачать dle 11.3
Mojo.az Banner